Qəzza zolağından İsrailə raket hücumları davam edir

 

Qəzza zolağından İsrailə 580-dən çox raket atılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 580-dən çox raket atıblar. Bunlardan 470-i İsrail ərazisinə çatıb, 120-si Qəzza zolağına düşüb.

Bəzi raketlər İsrail yaşayış məntəqələri ərazisində partlayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 97 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər. Hazırda raket hücumları davam edir.

0.18239402770996