“Sumqayıt” klubunda yeni TƏYİNAT

 

“Sumqayıt” Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib.

Demokratikmusavat.com xəbər verir ki, adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.

Qeyd edək ki, Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən “Sumqayıt” FK-da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.

0.065402984619141