FIFA VAR sisteminin tətbiqi üçün AFFA-ya ayırdığı vəsaiti açıqladı

 

FIFA-nın futbol üzrə Azərbaycan Premyer Liqası və ölkə kubokunda VAR sisteminin tətbiqi üçün ayırdığı vəsaitin məbləği bəlli olub.

Demokratikmusavat.com xəbər verir ki, bu məqsədlə AFFA-ya FIFA Forward Layihəsindən ümumilikdə 497 173 ABŞ dolları ödəniş edilib.

Milli assosiasiyanın inzibati binasında üç VAR otağı və bir səyyar VAR mərkəzi fəaliyyət göstərəcək. Bu, videotəkrar sistemindən eyni vaxtda dörd matçda istifadə etməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan futbolunda VAR sistemi cari mövsümdən tətbiq olunmağa başlayıb.

0.038677215576172