Ən çox maaş alan futbolçular – “10-luq”

 

“Bavariya”da 2022/23 mövsümündə ən çox maaş alacaq futbolçuların adları açıqlanıb.

Demokratikmusavat.com apasport.az-a istinadən xəbər verir ki, siyahıya yeni transfer Sadio Mane başçılıq edir.

“Liverpul”dan alınan seneqallı forvardın vergilər də daxil olmaqla illik qazancı 22 milyon avro təşkil edəcək.

Klubun maaş cədvəlində ilk “10-luq” belədir:
1. Sadio Mane – 22 milyon avro
2. Manuel Noyer 21 milyon
3. Tomas Müller - 20,5 milyon
4-5. Kinqsli Koman - 20 milyon
4-5. Leroy Sane - 20 milyon
6. Coşua Kimmix - 19,5 milyon
7. Serj Qnabri - 19 milyon
8. Leon Qoretska - 17 milyon
9-11. Mattiys de Liqt – 16 milyon
9-11. Luka Ernandes – 16 milyon
9-11. Dayot Upamekano - 16 milyon.

0.043061971664429