Paralel.az "ın məlumatına görə, bu barədə "Şamaxı"n ..."> Paralel.az "ın məlumatına görə, bu barədə "Şamaxı"n ...">

Azərbaycan klubu yaranma tarixini dəyişdirib

 

"Şamaxı" klubu yeni loqosunda yaranma tarixini dəyişib.

Demokratikmusavat.com ın məlumatına görə, bu barədə "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub jurnalistlərə açıqlamasında bildirib.

O, klubun loqosunda 1997-ci ildə yaradılmış "Xəzər Universiteti" komandasının təsis ilini götürdüklərini açıqlayıb: "Varislik məsələsi uzun müddət müzakirə olundu. Bunun üzərində çox dayanmaq istəməzdim. Bəli, 1997-ci il "Xəzər Universiteti"nin yaranması ilə bağlıdır. Biz kökümüzü "Xəzər Universiteti"nin yaranmasından götürürük".

"Şamaxı"nın təqdimat mərasiminə dəvət olunmuş sabiq "Xəzər Universiteti"nin təsisçisi və prezidenti Hamlet İsaxanlı isə bölgə komandasına xeyir-dua verib.

Qeyd edək ki, "Xəzər Universiteti"ndən sonra onunda davamçısı sayılan "İnter"də yaradılış tarixi kimi 2004-cü il göstərilirdi.

0.054021120071411