Pirallahı rayon Məhkəməsi hakimindən Allahsızlıq: Bakı Apelyasiya Məhkəməsinin sədrinə dəhşətli faktlar...

 

Azərbaycan məhkəmə sistemində elə bir hüquqi əxlaqsızlığa yol verən məhkəmə orqanı var ki, femidanın tərəzisini kor-korsnə şəkıldə, istədiyi səmtə yönəldir.

Bu məhkəmə orqanı Pirallahı rayonunda yerləşir və bəlkə Allahın da “yadından çıxmış” bir inzibati binada yerləşir. Çünki “şeytan yuvası”na çevrilmiş Pirallahı rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov 8(094)-11.2022 saylı iş üzrə 14.06.2022-ci il və 01.07.2022-ci il tarixlərdə çıxardığı ən ədalətsiz və başıpozuq qərardadları ilə bütün məhkəmə sistemini sanki ayaqlar altına atmış, Konstitutsiyada olan ali qanunları tapdalamışdır.

T.Əkbərov dünya məhkəmə tarixinə “qırmızı hərflərlə” düşəcək elə bıdnam qətnamə çıxarıb ki, hətta BMT Ədalət Məhkəməsi, Haaqa Tribunalı və onların professional hakimləri belə, bu hökmdən baş çıxara bilməz.

"Demokratikmusavat.com" Rubrika.Az-a daxil olmuş şikayəti təqdim edir

 Əslində, xeyli vaxtdır ki, ölkə mediası, internet televiziyaları, ayrı-ayrı saytlar məzhəkəyə çevrilmiş bu məhkəmə işi üzrə geniş materiallar təqdim edirlər. Söhbət əslən azərbaycanlı, özü Qazaxıstanda yaşayan Sakin Ağayevin Azərbaycanda başına gətirilən müsibətlərdən gedir.

Bu məsələdə xüsusən Pirallahı rayon Məhkəməsi, onun hakimi Tərlan Əkbərov, eləcə də Ədliyyə Nazirliyində yüksək rütbəli şəxslər mühüm rol oynayırlar. Hələ bir neçə il əvvəl hüquqi müstəvidə mübarizəyə başlamış, öz haqlarını Apelyasiya və Ali Məhkəmələrdə təmin etmiş Sakin Ağayevlə bağlı indi yenidən Pirallahı rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov tam qanunsuz və əsassız qərərdad çıxarıb!

O qədər komik və acı gülüş doğuran qərardaddır ki...Axı necə ola bilər, ən yüksək instansiyalar vətəndaşın hüquqlarını bərpa etsin, bir rayon məhkəməsində oturmuş, özünü “hakimi-mütləq” sayan Tərlan Əkbərov isə Ali Məhkəmənin qərarının əleyhinə qərar çıxarsın, yüksək məhkəməyə barmaq silkələsin?! Absurd, ağılasığmaz, qərəzli, sifarişli və hüquqi əsası olmayan bir iş...
İndisə keçirik prosesin mahiyyətinə: Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova məktubla müraciət edən Sakin Ağayev üzləşdiyi haqsızlıq və ədalətsizliyi detallarına qədər izah edir.

Onun sözlərinə görə, 2018-ci ildə həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızının adına olan şirkəti 1 250 000 ABŞ dollarına İbrahimov Fikrət Vəli oğluna satıblar: “Lakin pulunu almamışdıq. Bununla bağlı Qazaxıstanda İbrahimov Fikrət Vəli oğluna qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdik və iddiamız təmin olunmuşdu. İbrahimov Fikrət Vəli oğlu həmin qətnamədən apellyasiya və kassasiya şikayəti verməsinə baxmayaraq, təmin olunmayıb. Həmin qətnamə Qazaxıstanda icra işinə yönəldilib.

Amma İbrahimov Fikət Vəli oğlu bu qərarı görüb Allahsızlığa əl atdı, Azərbaycanda mənim ailəmə qarşı Pirallahı rayon Məhkəməsində pul tələbinə qarşı iddia qaldırdı. Guya metal alışı ilə bağlı bizə pul verib və biz də metal ona göndərməmişik. Tam ağ yalandır. Ümumiyyətlə, metal işi lə bizim heç bir əlaqəmiz yoxdur, sadəcə, yuxarıda dediyim kimi, şirkətimizi İbrahimov Fikət Vəli oğlu satmışıq”.

S.Ağayevin sözlərinə görə, bu minvalla Pirallahı rayon Məhkəməsi 26 iyul 2017-ci il tarixdə (2(094)-396/2017 saylı qətnamə) iddiaçı İbrahimov Fikrət Vəli oğlunun xeyrinə qərar verir, nəticə etibarı ilə cavabdehlər Rəhimova Vüsalə Mahmud

0.16554617881775