Azərbaycan millisi AVRO-2023-ə məğlubiyyətlə başlayıb

 

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Azərbaycan millisi ilk matçda Danimarka yığması ilə qarşılaşıb.

Bakıda Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar 25:22 hesabı ilə başlayıb. İkinci seti 25:23 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin 25:16, 25:16 və matçın qalib olub - 3:1.

Pərviz Səmədovun komandası növbəti matçında Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da saat 18:00-da Bakıda, Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

0.34985280036926