Türkiyədə zəlzələ oldu 

 

Türkiyənin Antalya şəhərində zəlzələ baş verib.

"Demokratikmusavat.com" “Hürriyet”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin fövqəladə hallar üzrə qurumu AFAD məlumat yayıb. Bildirilib ki, yerli saatla 13:05-də Antalyanın Kumluca rayonu sahillərində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Kumlucadan 48 km, Antalya şəhər mərkəzindən 93 km aralıda və 71 km dərinlikdə olan zəlzələ ətraf rayonlarda da hiss olunub. 

Zəlzələnin sahilə ən yaxın nöqtəsi Kumlucanın turizm bölgəsi olan Adrasan olub.

Billurə

0.46548318862915