"Neftçi"nin potensial rəqibi məşhur futbolçunu transfer edib

 

İtaliyanın "Yuventus" klubundan ayrılan Uels millisinin futbolçusu Aaron Remzinin yeni klubu məlum olub.

"Demokratikmusavat.com" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi sərbəst futbolçu kimi Fransanın "Nitsa" klubuna keçib.

Qeyd edək ki, "Nitsa" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Neftçi"nin potensial rəqiblərindən biridir. "Neftçi" III təsnifat mərhələsində "Rapid"i keçəcəyi halda, "Nitsa" ilə qarşılaşa bilər.

0.051151037216187