"Akademiyanın ləğvi müsbət haldır" - Professor Adil Qrybulla

 

Stalin rejiminin öndə olan alimləri nəzarətdə saxlamaq üçün yaratdığı qurumun Azərbaycandakı deviasion momumenti olan AMEA ləğv edilməyə doğru gedir.

Dəfələrlə yazmışam və demişəm ki, Akademiya ləğv edilməlidir, onun cəmiyyət üçün faydalı olan struktur vahidləri (institutlar və elm mərkəzləri) ali məktəblərin nəzdində qrantlar əsasında fəaliyyət göstərən tədqiqat mərkəzləri kimi fəaliyyət göstərməlidir.

Belə olacağı təqdirdə, elm meydanında plaqiat dəllallarının, «çevir tatı, vur tatı» prinsipi ilə ərsəyə gələn elmi-tədqiqat materiallarının yerinə original və müasir elmi fəaliyyətin əsası qoyular.

Bir misal çəkim: Birləşmiş Krallığın Müqəddəs Andrey Universiteti (St.Andrews University) 2021-ci ildə ölkənin reytinq cədvəlində (təhsilin səviyyəsi, tələbələrin müvəffəqiyyəti və s.) birinci yerə çıxıdı (Oxford və Kembric Universitetlərini qabaqlayaraq).

Lakin bu Universitet büdcəsi kiçik olduğundan, geniş miqyaslı elmi-tədqiqat işləri apara bilmədiyindən (tələblər səviyyəsində) Dünya Universitetlərinin reytinq cədvəlində ön yerləri tuta bilmir. Yəni elmi-tədqiqat işləri və onların müasirliyi, innovasiya həcmi və miqyası Universitetin fəaliyyətində təhsil qədər vacib amildir.

Ona görə də, Akademiyanın strukturları profil üzrə ali məktəblərin bazasına köçürülməli və təhsilin keyfiyyəti tamamilə yenilənməlidir. Buna görə, Akademiyanın ləğvinin zəruriliyi barədə dəfələrlə qeyd etmişəm.

Aşağıdakı linki misal göstərirəm. https://reyting.az/musahibe/22066-professor-amea-legv-olunmalidir.html

Əslində, akademik deyilən elmi ad, rütbə dünyanın heç yerində yoxdur. Mənə görə, “akademik” adı ilə “əməkdar sağıcı”, “xalq artisti” adının mahiyyətcə fərqi yoxdur. Çünki bu cür adların verilməsi loyallığa nəzarət mexanizminin elementləridir.

 

0.15608596801758