Messi "Barselona"ya qayıdır? - Klub prezidenti açıqladı

 

"Barselona"nın prezidenti Xuan Laporta PSJ-nin futbolçusu Lionel Messi haqda danışıb.

"Demokratikmusavat.com" Offsideplus-a istinadən xəbər verir ki, o, argentinalı ulduz barəsində belə deyib:

"Məlum məsələdir kiķ, Messi "Barselona"dan hamımızın istədiyi şəkildə ayrılmadı. Bu cür ayrılığa görə özümü cavabdeh sayıram. Ancaq hesab edirəm ki, bu, hələ son deyil. Ona mənəvi borcumuz var. İstəyərdim ki, o, karyerasını "Barselona" forması ilə bitirsin və həyatın bütün sferalarında gurultulu alqışlar qazansın".

Qeyd edək ki, 21 il oynadıqdan sonra Messi İspaniya nəhəngini azad agent statusu ilə tərk edərək PSJ-yə keçmişdi.

 
 
 
0.062589883804321