Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi tapılıb.
Bu barədə "Demokratikmusavat.com"-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, onun meyiti bu gün səhər saatlarında batdığı yerdən, təxminən, 200 metr aralıda aşkarlanıb.
Mərhumun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.
Nazirlikdən qeyd olunub ki, əlavə məlumat veriləcək.