Özümüz özümüzün dostu ola bilmiriksə, ya da dostluğu -qohumbazlıq, yerlibazlıq, əlbir olub ölkəni talamaq, dövləti böyrü üstə qoymaq, xalqı səfil gününə qoymaq, dövlətçiliyə meydan oxumaq kimi anlayırıqsa - yüz İran, Turan, Rusiya, Amerika və s.-nin bizim dostumuz olmasının nə faydası?!
Yaxud hansı dövlətin bizə "dost", hansının bizə "düşmən" olması kimi mənasız diskussiyalara girişərək bir-birimizi qırmağın bir mənası varmı? Uğrunda özümüzü həlak etdiyimiz həmin ölkələr bizim bu üçüncü sort davranışımıza gülür, bəzən də qızışdırıcı replikalar ataraq üzərindən keçirlər.
Biz isə, adəti üzrə, özünənifrət, rüşvət və korrupsiyanın ağuşunda xumarlanır, gerçəkləri görməkdən məhrum oluruq... :(