Bəzi insanlar hətta pəhriz saxlamalarına baxmayaraq arıqlamırlar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəsssislər bunun səbəbini müəyyənləşdiriblər.
1. Qidaların siyahısını tutaraq nələrə icazə verilib, nələrə verilmədiyini müəyyənləşdirmirsiniz.
2. Yemək saatları təyin olunmur və hər dəfə müxtəlif vaxtlarda qəbul edilən qidalar arıqlamağın qarşısını alır. Bu zaman vaxtı və qəbul edəcəyiniz qidaları dəqiq təyin etmək lazımdır.
3. Bəzən bir dəfə yeyilsə də, həddən artıq qida qəbul olunur. Bu zaman mədə dartılır və ağırlıq düşür. Həzm prosesi çətinləşir və kökəlmənin qarşısını almaq mümükün olmur.
4. Bəzən qısa müddət ərzində pəhriz saxlayanlar özlərində müxtəlif xoşagəlməz hallar müşahidə edirlər. Bun əsas səbəbi orqanizmin bütün maddələrə olan tələbatının ödənməməsidir. Çalışın qida rasionunuzu seçərkən balanslaşdırılmış olsun.
5. Birdən-birə ciddi pəhrizlə məşğul olmaq məsləhət görülmür. Belə ki, tədricən tətbiq edilmiş pəhriz daha təsirli olar. Amma bəzi insanlar arıqlamadıqlarını düşünərək pəhrizi yarıda saxlayırlar. Bu, doğru deyil və sona qədər getmək lazımdır.
6. Qeyri-müntəzəm qidalanma da kökəlməyin əsas səbəblərindəndir.