Gəncə şəhərində həkim ürək tutmasından həyatını itirib.
Demokratikmusavat.com xəbər verir ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxananın həkim-travmatoloqu Şahin Quliyev gecə saatlarında infarktdan dünyasını dəyişib.
Həkim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Şahin Quliyev Gəncədə ən tanınan travmatoloqlardan biri olub.