Bakıda qətl hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 32 yaşlı Hüseynov Əlməd Adoğlan oğlu iyulun 6-da naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə vurulub.
O, ağır xəsarətlərlə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, yaralı iyulun 10-da xəstəxanada ölüb
Faktla bağlı araşdırma aparılır.
"Demokratikmusavat.com"