Müqabilində adlar, titullar alıb dövləti və xalqı aldadan, gənclərə "Bu ölkə düzəməyəcək, qaçın xaricə!" nəsihətini verib ölkəni dağıdan, viran qoyan və bütün bunların müqabilində cəzasız qalan, övladlarını yağlı yerlərə düzəldən, tayfa-tüləsini naçar xalqın başına mindirən, boş, mənasız, saxta əsərləri ilə elmi-ədəbi mühiti məhv edən bütün "alim" və "yazarlar" (milyonları qapazlayan donqili akademik-alimlər, quşəppəyi yazıçı-şairlər və s.) yüzlərlə kitabını yandıran Tahir Əmiraslanovdan dərs götürsünlər.
Vaxt itirmədən "şedevrləri"ni yandırsınlar ki, elmi-mədəni mühit nəfəs alsın, cəmiyyətə xilasın bir nömrəli şərti olan etiraf mədəniyyətini gətirsinlər, illər uzunu fırıldaq və saxtakarlıqla məşğul olduqlarını boyunlarına alıb xalqdan üzr istəsinlər.
Etiraf etsələr, inanın ki, xalq onları başı üstündə gəzdirər.
Biz məhz o zaman bütün bəla və müsibətlərdən qurtula bilərik...