"Şəhid anasını zorlayanı müdafiə edirlər"- Şəhid atası, zorlananın əri

 

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində Yaşayan şəhid Hüseynli Zahir Mahir oğlunun atası Hüseynov Mahir Nəsib oğlu redaksiyamıza videomüraciət göndərib.

Mahir Hüseynov videoda bildirir ki, yaxın qohumu Məmmədov İkram Camal oğlu şəhidin anasını qorxudaraq onu bir müddət zorlayıb.

Mahir Hüseynov iddi edir ki, İkramın həyat yoldaşı onlara bildirib ki, pulumuz çoxdur və Bahar Muradova da qobumdur nə qədər şikayət etsəniz də İkramı həbs edirib cəzalandırmağa qoymayacağıq.

M. Hüseynov bildirir ki, Beyləqan rayon məhkəməsinə şikayət əfizəzi ilə müraciət etmişik, amma hakim İkram Məmmədovu məhkəməyə gətirə bilmir.

M. Hüseynov videoda zorlama işinə hüquqi qiymət verməli məsul olan vəzifəli şəxsləri xəbərdar edir ki, əgər şəhid anasını, həyat yoldaşımı zorlayan İkram Məmmədov cəzalandırılmasa, üstümə benzin töküb Prezident Aparatının qarşısında özümü yandıracam.

0.1435661315918