Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması üçün heykəltəraşlar arasında elan edilən açıq müsabiqəyə eskiz-layihələrinin qəbul başa çatıb.
Mədəniyyət Nazirliyindən Demokratikmusavat.com a bildirilib ki, qəbul edilən layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Qeyd edilib ki, eskiz layihələr nazirliyin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qalibi iyulun 15-də elan olunacaq. Nəticələrə dair məlumat nazirliyin saytında (culture.gov.az) yerləşdiriləcək. Həmçinin ikinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Azərbaycan Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir. Ötən ilin dekabr ayında elan müsabiqə elan edilmişdi. Lakin eskiz layihələrin Aşıq Ələsgər obrazının tam xarakterini əks etdirmədiyini üçün komissiya üzvləri tərəfindən müsabiqənin 3 ay müddətinə-iyunun 30-dək uzadılmışdı.