Azərbaycan IMF-lə qiymət artımına qarşı tədbirləri müzakirə etdi

 

İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Çad Steynberqlə görüş keçirilib.

Demokratikmusavat.com nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda həyata keçirilən antiinflyasiya tədbirləri, Milli Prioritetlər, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası, dövlət müəssisələrində idarəetmənin, həmçinin sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər Azərbaycanın makroiqtisadi göstəriciləri və qarşıdakı dövr üçün proqnozlar, aparılan islahatlar, qlobal çağırışların iqtisadiyyata təsirləri barədə fikir mübadiləsi aparıblar.

0.13661193847656