"Ronaldonun 36 yaşında bu qədər motivasiyalı olması fantastikdir"

 

"Yuventus"un müdafiəçisi Matteys de Liqt komanda yoldaşı Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçu haqda müsbət fikirlər səsləndirib: "Ronaldonun idmanla yaşaması, özünü formada saxlaması və 36 yaşında bu qədər motivasiyalı olması sadəcə fantastikdir. Eyni şeyi Kyellini və 43 yaşlı Buffon haqqında da deyə bilərəm. Hamısı əsl peşəkardırlar".

Xatırladaq ki, Ronaldo 2018-ci ilin yayında "Real"dan "Yuventus"a transfer olunub.

Demokratikmusavat.com

0.18279600143433