Niyə qırırsız bir-birinizi? - VİDEO

 

Əməkdar artist Nigar Şabanova "Xəbər ətər" verilişində qonaq olub.

Demokratikmusavat.com big.az-a istinadən xəbər verir ki, veriliş zamanı maraqlı anlar yaşanıb. Belə ki, Nigar son zamanlar müğənnilərin qalmaqallarından danışıb. O, həmkarı Rəqsanə İsmayılovanın da son günlər sosial media hesabından müğənnilərə sərt sözlərinə fikirlərini bildirib:

"Bu gün hər kəsin problemi var. İnsanlar pulsuzluqdan, işsizlikdən əziyyət çəkir. Hər kəs sosial şəbəkəyə nəsə bir pozitivlik almaq üçün girir. Açan kimi bu xanımların qırışması çıxır qarşımıza. Niyə qırırsız bir-birinizi? İş orasındadır ki, işi pulu olanlar qırır bir-birini. Bunu edənlər sənət adamlarıdır. Bilirsiz ki, onsuz da özümüz öz adımızı pis, qalmaqallı çıxartmışıq. Danışanların keçmişinə, dünəninə baxırsan. Telefon qabağında kişi kimi danışırlar. Bunu da edənlər qadınlardı. Niyə edirsiniz bunu? Özünüzü gözdən salırsınız. Onlar elə bilir, dünəni unudub bu gün kiminsə ayıbını açıb kişi-kişi danışmaqla hamı bunları sevəcək. Hamı bilir ki, kimdən danışıram".

Demokratikmusavat.com

0.16251492500305