Koronavirusdan sağalan qız şəkər xəstəsi oldu - FOTO

 

Koronavirusdan sağalan gənc qadında şəkərli diabet aşkarlanıb.

Demokratikmusavat.com xəbər verir ki, İstanbulda yaşayan 24 yaşlı İrem Deniz adlı qadın koronavirusdan yaxa qurtara bilməmiş yeni xəstəliyə yoluxub.

Qadın 7 aprel tarixində ailəsi ilə birlikdə koronavirusa yoluxub. Xəstəliyin 6-cı günündə İremdə ürək bulanması və nəfəs darlığı kimi problemlər üzə çıxıb. Həmçinin qadının şəkərinin də yüksək dərəcəyə qalxması müşahidə olunub.

Həkimlər tərəfindən edilən bütün prosedurlardan sonra xəstəyə şəkərli diabet diaqnozu qoyulub. /medicina.az

Demokratikmusavat.com

0.16224312782288