Beyləqanda müəllimlərə sentyabr maaşı verilmir - GİLEY

 

Beyləqan rayonunda orta məktəb müəllimləri əmək məvaciblərini ala bilmirlər. AzEuroNews.com-a verilən məlumata görə, sentyabrın 15 günlük əmək məvacibləri ödənilmir. Müəllimlərin əksəriyyəti aylıq kredit ödəyiciləridir.

Onlara maliyyə problemi olduğu bildirilib. Müəllimlər isə Beyləqan Təhsil Şöbəsinin izahına inanmırlar.

Müəllimlər maaşların ödənilməsində tez-tez belə gecikmələr olduğunu qeyd edirlər.

Beyləqan Maliyyə Şöbəsinin süni əngəllərində hansısa maliyyə əməliyyatlarının aparılması şübhələri var.

Təhsil işçiləri Maliyyə Nazirliyi və Təhsil Nazirliyi tərəfindən məsələnin araşdırılmasını gözləyirlər.

0.13648009300232