AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Odun peçinin kəraməti

  187

"Azərişıq", "Azəriqaz", "Azərsu" rəsmiləri oxumasada olar

 Ən dəhşətlisi isə odur ki, prezidentin xalqın yaşam, rifahının yüksəldilməsi üçün gördüyü işlərə yerli məmurlar kölgə salır, insanları dövlətdən narazı salmaqla, özlərinin mütləq hakimiyyət sahibləri olduğunu sübut etməyə çalışırlar. Bu problemlərin daha qabarıq şəkildə təzahür etdiyi qurumlar isə əsasən insanların gündəlik həyatlarında xüsusi rolu olan xidmət sahələridir. Dünyanın hər yerində qəbul edilən yazılmamış bir qanun var - müştəri həmişə haqlıdır, çünki o göstərilən hər bir xidmətə görə pul ödəyir. Bizdə isə bunun tam əksini müşahidə edirik - xidmət göstərən qurum həmişə haqlıdır. Çünki dövlət qurumudur və dövtət tərəfindən himayə olunur. Bu səbəbdən də vətəndaşın heç bir hüququ bu qurumlar tərəfindən tanınmır. Baxmayaraq ki, dövlətimizin başçısı, prezident İlham Əliyev bütün çıxışlarında təkrar-təkrar məmurların diqqətinə çatdırır ki, onların ən əsas vəzifəsi xalqa xidmətdir. Dövlət idarəçiliyində vəzifə tutan, bunun müqabilində yüksək maaşla, bahalı xidməti maşınla, mənzillə təmin olunan məmur isə prezidentin "xalqa xidmət" tələbini özünə və yaxınlarına xidmət kimi qəbul edir və əhaliyə, sadə insanlara zülm etməyi sanki həyat tərzi seçərək bundan həzz alır.

Ölkədə baş verən bütün pisliklərin başında da bu məmurların durduğuna heç kimdə şübhə yoxdur. Son bir neçə ildə Prezident İlham Əliyevin sərəncamı ilə bir çox yüksək vəzifəli dövlət məmurlarının vəzifələrindən alınması, onların bəziləri haqqında cinayət işlərinin açılması, həbs olunmaları da, heç şübhəsiz ki, onların qanunazidd əməllərinin nəticəsidir. Ancaq çox təəssüflər olsun ki, bizdə "gözü çıxmış qardaşdan" ibrət almaq anlayışı çoxdan tarixin arxivinə atılıb. Bu səbəbdən də, bu məmur dəyişikliklərinə baxmayaraq, sosial həyatımızda heç nə dəyişmir. Dövlətimizin başçısının bütün çabalarına baxmayaraq, insanların rifahı və yaşam tərzi günü-gündən daha da ağırlaşar.

Qiymətlərin artımı, bunun müqabilində heç bir xidmətin göstərilməməsi, insanları çıxılmaz vəziyyətə salır. Məlum bir həqiqəti qeyd etmək lazımdır ki, hər hansı bir sahədə qiymət artımı baş veridikdə xidmət keyfiyyətinin də yüksəldiyi hiss olunmalıdır. Bizdə İsə bu yoxdur. Gəlin konkret faktlara keçək.

Bu yaxınlarda şəhərdaxili və şəhərlərarası nəqliyyatdan istifadə haqqı artırıldı. Bunu da onunla əsaslandırdılar ki, guya ölkəyə yüksək keyfiyyətli, kondinsionerli, konfortlu avtobuslar gətirilib və onlara çəkilən xarc çox böyükdür. Çox gözəl, çox pakizə! Lakin gəlin faktlara diqqət edək, həmin konfortlu avtobuslardan şəhər əhalisinin ola bilsin on, onbeş faizi istifalə edir. Lakin qalan 80-90 faizi işə yenə də sınıq-salxaq, köhnə avtobuslarla gedir. Bu avtobuslarda nəinki konfort, heç normal oturacaqlar belə yoxdur. Buna inanmayanlar varsa, Masazır qəsəbəsinə gəlsinlər və söylədiklərimin canlı şahidi olsunlar. Gəlməyəcəklər, çünki bu faktın 100-də 100 doğru oluğunu onlar məndən də yaxşı bilirlər. Onda siz kimi aldadırsınız cənablar? Əgər belə qalacaqdısa onda zəhmət olmasa 10 qəpiklərimi geri qaytarın.

Digər bir fakt, bir müddət əvvəl qazın və işığın da qiyməti qaldırıldı. Dəyişən nə oldu? Heç nə, köhnə hamam, köhnə tas.

Bu gün "Azərişıq", "Azəriqaz", "Azərsu" kimi dövlət qurumları ancaq xalqı talamaqla məşğuldurlar. Bir faktı diqqətinizə çatdırım, bu qurumlar suyu, işığı, qazı istədikləri zaman, istədikləri müddətə kəsməklə insanların doğal hüquqların pozmuş olurlar. Bunu onların diqqətinə çatdırdıqda isə cavabları bu olur ki, qəza baş verib, çalışırıq aradan qaldıraq. Yalandır, çünki hər gün qəza baş verə bilməz, verirsə belə, bu həmin qurumların yarıtmaz fəaliyyətinin nəticəsidir. Əslində isə belə deyil. Abşeron rayonunun əksər qəsəbələrində dövlət qurumları deyil, torpaq alıb, ev tikib satan dəllallar hökmuranlıq edirlər. O insanlar pul gücünə dövlət qurumların ələ alaraq istədikləri zaman qazı, suyu, işığı kəsə bilirlər. Digər bir məsələ qazın, suyun və işıqın çox aşağı təziqlə verilməsidir. Bu səbəbdən insanlar məişət avadanlıqlarından istifadə edə bilmirlər. İşığın gücü çatmır ki kondinsioneri işə salsın. Yaxud camaat əynindən-başında kəsib, evlərində istilik sistemləri qurublar ki, qışda soyuqdan donmasınlar. "Kombi" adlanan bu istilik sistemlərinin normal fəaliyyəti üçün isə stabil işıq, su və qazın olması lazımdır. Masazır qəsəbəsində isə qaz olanda su olmur, su gələn kimi işıqlar sönür. Bizə belə gəlir ki, bu yarıtmaz idarəçiliyin ancaq bir məqsədi var: insanları dövlətdən narazı salaraq təxribat törətmək,  "Azərişıq", "Azəriqaz", "Azərsu" rəsmiləri isə bütün çıxışlarında iddia edirləri ki, ölkəmizin ən ucqar kənləri belə, qaz, su və işıqla stabil təmin olunurlar. Məsazır qəsəbəsi bəlkə həmin qurumların dislokasiya xəritələrinə düşməyib, bu səbədəndə onların xəbərləri yoxdur ki, Bakının on addımlığında olan Masazır qəsəbəsində insanlar bu qurumların fəaliyyətsizliyi üzündən əziyyət çəkirlər.

Biz hansı bir zamanda yaşayırıq ki, insanlar paytaxtın on addımlığında evlərində təzək, odun yandırırlar. Bu o ölkədə baş verir ki, onun iqtisadi inkişafı, orada əldə olunan təbii qaz, neft Avropa kimi inkişaf etmiş ölkələrini də korbohidrogenlə təminatına imkan verir. Atalarımız deyib ki, "əvvəl evin içi, sonra çölu". Deyək ki, bizim qazla təmin etdiyimiz bir avropalı qonaq evimizə gəldi və orada təzək yandırdığımız gördü, görəsən o, ölkəmiz haqqında nələr düşünər?

Əlqərəz, bu yazını sonzuzluğa qədər uzatmaq olar ancaq, çox təəsüflər olsun ki, yazının əvvəlində qeyd etdiyim kimi, həmin qurumlar bu yazılardan nəticə çıxarmaq iqtidarında deyillər, onlara elə gəlir ki, bu işi də bilavasidə Prezident görməlidir. Yəni prezidenit xüsusi olaraq bir sərəncam imzalamalıdır ki, Masazır qəsəbəsinin sosial problemlərinin həllinə diqqət edin, bu biabırçılığı arada qaldırın. Qəsəbəmizdə bələkə də 30-40 min əhali yaşayır. Bu qəsəbədə heç 30-40 metr asfalt yoxdur. İnsanlar qışda dizlərinə kimi palçıqda, yayda isə toz-tozanaqda gəzir. "Azərişıq" Bakının mərkəzində bir binanın fasadının işıqlandırıması üçün bəlkədə 200-300 lampa yandırır. Cəmi bir binanın işıqlandırılması qədər lampaları Masazır qəsəbəsinin daxili yolların işıqlandırılmasına səf etsələr, guya dünya dağılar. Bəlkə bu qurumların başçıları hesab edirlər ki, Masazır əhalisi 2-ci, 3-cü növ insanlardır, onlar özləri başlarının çarəsinə baxmalıdırlar?

Lənət şeytana, dərd bir-ikidir ki, yazıb qurtarasan, yenə də qurban olum odun peçinin kəramətinə. 

Son illər dəbə minən təəssüf doğuran hallarda birdə təriı xəstəliyidir. Öz yarıtmaz fəaliyyətlərini ort-basdır etmək istəyən bəzi qurumlar, jurnalistlər üçün yazı müsabiqələri elan edərək istəklərinə çatmağa çalışırlar. Müsabiqəyə yazı yazacaq həmkarlarımı qəsəbəmizə dəvət edirəm, sonra nə istəsələr yaza bilərlər. Müsabiqə elan edən qurumların saytından götürülən faktlarla yazı yazmaq jurnlistika deyil, bunu bilmənizi istərdim.

Xəbər Lenti

Azərbaycanlı model yarımçılpaq şəkillərini paylaşdı - FOTO

İdman TV-nin məşhur şərhçisi CBC Sport-da

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb

Mer süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu - FOTO

Novak Cokoviç koronavirusdan sağalıb

Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

Şou-biznes nümayəndələri arasında SORĞU - VİDEO - FOTO

"Get, öz uşaqlarının dərdini çək" - Niyamdan Zaura

“Bizi birləşdirn mədəniyyət” layihəsinin bu dəfəki buraxılışı növbəti dəfə gənclərə həsr olunub

Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb - FOTO

CAR-da neft emalı zavodunda partlayış olub, ölənlər var

"Türkiyədə Günel və Tunardan başqa müğənnimizi tanımırlar"

İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

Polşa və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər

Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

Xaricdə əmlakı olanlara PİS XƏBƏR

Çində meydana çıxan yeni virus ikinci pandemiyaya səbəb ola bilər? - Mütəxəssislər açıqladı

Bahar Muradova: Bələdiyyələrdə gender komissiyalarının yaradılması mühüm məsələdir

Bayram Nurlu karantin rejimini pozduğu üçün cərimələndi - VİDEO

Nüşabə Ələsgərli xəstəlikdən arıqlayıb

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

Rusiyada koronavirusa yoluxanların sayı 660 min nəfəri keçib

Koronavirusu məhv edən robot hazırlandı - FOTO

Hikmət Babaoğlu: Yaz və növbədənkənar sessiyalar ərzində qəbul olunmuş qanunlar ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək

Azərbaycanın Xalq artistindən yarıçılpaq FOTO

Azərbaycan gimnastları polisləri peşə bayramı münasibətilə təbrik edib - VİDEO

Myanmada torpaq sürüşməsi olub - 113 nəfər həlak olub

Pandemiya dövründə Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

Koronavirusun kabusa çevrildiyi 3 ÖLKƏ - Bir gündə 2213 ÖLÜ - FOTO

"Çelsi" uduzdu - VİDEO

Türkan Vəlizadədən cazibədar FOTO

Bikinisi açılan 43 yaşlı məşhur aparıcının SİNƏSİ GÖRÜNDÜ - FOTO

Polşa liman infrastrukturlarının inkişafı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib - FOTO

Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”

“Everton” və “Arsenal” qələbə qazanıb

Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək

COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları Azərbaycandakı xəstəxanaların depolarında var

Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Şabranda qaz qumbarası aşkar olunub - FOTO

Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib - FOTO

Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

Xaricdə çalışan Azərbaycan vətəndaşının vergi öhdəliyi nələrdir?

Yuxarı vergi orqanlarında inzibati şikayətlərə hansı halda baxılır?

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

Rusiyada ümumxalq səsverməsi başa çatıb

Bakıda koronavirusa yoluxan şəxs marketdə saxlanıldı - VİDEO - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb

Dünyada cinsə görə ayrı-seçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur

Koronavirus Yaponiyada böyük biznesə inamı sarsıdır

Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb

Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib

İspaniya və Portuqaliya sərhədlərini açdı