AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Süni qiymət artımı" bəlası

  114

Odla su arasında qalan çörəkçilər neyləsin?!

 Biz dəfələrlə təkrarladığımız mövzuya yenidən qayıtmağa məcburuq. Çünki nazirlərimiz iş görmək əvəzinə əhalinin bilgisizliyi ilə manipulyasiya edir - iqtisadi prosesləri bazar iqtisadiyyatının təməl prinsiplərindən kənar izah edirlər. Əslində, bu izahlar çox gülüncdür, amma cəmiyyətdə buna gülən çox azdır, səbəbini izah etməyə çalışaq.

Son illər "süni qiymət artımı" mövzusu Azərbaycan nazirlərinin, komitə sədrilərinin və digər məmurların, eləcə də deputarların çox həvəslə danışdığı mövzudur. Çünki hazırda Azərbaycan vətəndaşlarının tən yarısı, hələ də sovet steriotipləri ilə düşünən insanlardır. Əhalinin də az qala yarısı dünyadan xəbərsiz, bazar iqtisadiyyatı sistemi barədə təsəvvürlərə malik olmadığına görə, köhnə ənənələrə söykənərək düşünür. Bilməyənlərin nəzərinə çatdırım ki, sovetlər dönəmində bir sahibkar vardı, o da dövlət idi. İstehsalçı da, satıcı da dövlət idi. Bu səbəbdən də ölkədə qiymətləri dövlət müəyyən edir və tənzimləyirdi. Lakin bazar iqtisadiyyatının təməl prinsiplərindən biri ondan ibarətdir ki, bu sistemdə qiymətləri tələb və təklifin təsiri altında bazar özü tənzimləməlidir. Artıq Azərbaycan bazar iqtisadiyyatına keçid dövrünü çoxdan başa vurduğunu elan edib. Biz hazırda zaman baxımından modelin otrüşduğu ölkələrdən sayılmalıyıq. Keçidə 90-ların əvvəlində başlanılıb, həmin dövrdən 30 ilə yaxın vaxt ötür. Buna baxmayaraq, iqtisadiyyat naziri Şahin Mustafayev deyir ki, Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur. Təsəvvür edin, nazir 1-2 məhsuldan danışmır, bütov bir seqmentə nəzarət etdiklərini, ərzaq məhsullarına qiymət qoyduqlarını idda edir. Əgər ərzaq hansısa sahibkarın məhsuludursa, əmtəəsidirsə, bazar iqtisadiyyatı şəraitində hökumət ona necə nəzarət edə bilər, cənab nazir?! Hörmətli nazir yəqin ki, bazar iqtisadiyyatı şəraitində hökumətin bazar qiymətlərinə müdaxilə imkanlarının olduğunu eşidib, amma təfsilatına varmayıb. Bəli, bazar iqtisadiyyatı ölkələrində dövlət qiymətlərə təsir edə bilir, lakin bunu inzibati qaydada, əmir formasında deyil, iqtisadi alətlər vasitəsi ilə həyata keçirir.

Məsələn, hökumət ölkədə un və un məhsullarının qiymətini aşağı salmaq istəyirsə, istehsalçıları vergidən azad edir, onlara subsidya ayırır, məhsuldar toxumlarla təmin edir, əvəzsiz aqrotexniki məsləhətlər, treninqlər keçirir, güzəştli şərtlərlə texnika təklif edir və s. Bütün bunlar ölkədə ərzaq buğdasının istehsalını genişləndirir, bolluq yaranır, bu isə bazarda qiymətlərin aşağı düşməsinə səbəb olur. Bu sətirləri oxuyan hər kəsdə belə bir assosasiya yaranır ki, bütün bu tədbirlərin hamısına ölkəmizdə əl atılıb, amma bununla belə ölkədə ərzaq buğdasının bolluğuna nail oluna bilməyib, hələ də yerli istehsal yerli tələbatı ödəmir, ölkəyə hər il təxminən 1,2 milyon ton ərzaq buğdası idxal edilir. Deməli, görülən tədbirlər çox səmərəsiz həyata keçirilib, layihələrin keyfiyyəti aşağı olub.

Ona görə də ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışmağa məcbur olan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir. Bu ifadənin özü ona işarə edir ki, nazir iqtisadçı kimi deyil, siyasətçi kimi danışır. Çünki ötən il dünyada ərzaq buğdası istehsalı 20 faizə qədər azalıb. Bu səbəbdən də dünya bazarında qıtlıq olduğundan ərzaq buğdasının qiyməti bahalaşıb. Bu bahalaşma isə idxaldan asılı ölkə kimi Azərbaycana təsirsiz ötüşə bilməz.

Ş.Mustafayev fikririni bir qədər də inkişaf etdirərək deyir ki, taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın. Tədbirlər isə ondan ibarətdir ki, inzibati qaydada çörək istehsalçılarına qiymətləri bahalaşdırmağı qadağan edirlər. Onlara açıq-aşkar xəbərdarlıq edirlər ki, qiymətləri artırsanız işləyə bilməyəcəksiniz. Odla su arasında qalan çörəkçilər isə illərin təcrübəsindən yararlanaraq çörəyin çəkisini azaldır və bununla da özlərinə mənffət normalarını təmin edirlər.

Nə qədər ki, hökumət iqtisadi problemləri iqtisadi nəzəriyyənin imkan verdiyi vasitələrlə deyil, inzibati nəzarət, diktə yolu ilə həll etməyə çalışacaq, o vaxta qədər biz də ciddi problemlərin basqısı altında yaşayacağıq.

 Akif Nəsirli

Xəbər Lenti

ATƏT-in sədri Ermənistan və Azərbaycan sərhədində artan gərginliklə bağlı bəyanat verib

Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub

Yayın sonunadək ABŞ-da koronavirusa qarşı vaksin hazırlanmasına başlana bilər

Şirin səsin sahibi

Toyda DƏHŞƏT: Ayağımı nəsə sancdı dedi, 1 saatdan sonra öldü

Qadın bir dəqiqə ərzində 71 nəfəri koronavirusa yoluxdurdu

Xoşqədəmin "Whatsapp" yazışmaları üzə çıxdı - FOTO

İranlı deputat: Qəsbkar Ermənistan regionda qarşıdurma və destabillik yaradır

Bakıda torpağın qiyməti bahalaşdı

Azərbaycanda 1 yaşadək uşaqlar BU SƏBƏBDƏN ölürlər

DTX cəbhə xəttində yaranmış gərgin vəziyyətlə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ etdi

ABŞ-da büdcə defisiti rekord həddə çatıb

Moldova Ermənistan və Azərbaycanı güc tətbiq etməməyə çağırıb

Deputat: Ağılsız Ermənistan hakimiyyəti anlamadı ki, güclü Azərbaycan Ordusuna qarşı təxribat onu daha da çətin duruma salacaq

Baş Prokurorluq Ermənistanın Azərbaycana qarşı təxribatı ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi: Cəbhə bölgəsində əsgər və əhalinin əhval-ruhiyyəsi yüksəkdir

XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır

Ermənistan müdafiə nazirliyi itkiləri etiraf etdi: mayor və kapitan

"Ermənistan daha iri ölkələrin arxasında gizlənmək istəyir"

İranda koronavirusa yoluxanların sayı 260 min nəfəri keçib

İtaliya dövlət katibi: BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri yerinə yetirilməlidir

Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır

KTMT Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı

Ronaldu istirahətdə - FOTO

Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə olub

Pandemiyanın Azərbaycanda turizmə təsiri: 2 dəfədən çox azalma olub

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

Milli Məclisin sədri ermənilərin Tovuz istiqamətindəki təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladı

Koronavirusun dünyada yayılmasının dörd ssenarisi açıqlandı

Arvadı ilə yataq otağındakı İNTİM VİDEOlarını qrupda paylaşdı: Başqa kişilər məni... - FOTO

Ronaldonun oğlu ilə bağlı araşdırma başladı

Müdafiə Nazirliyi: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib

Pakistan XİN: Ermənistan təxribatçı hərəkətlərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısını almağa çalışır

Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

ABŞ-ın ən böyük ştatında yenidən sərt qadağalar tətbiq olundu

"Mançester Yunayted" qələbəni son anda əldən verdi - VİDEO

"Qalatasaray" 4 ulduz futbolçusu ilə vidalaşmağı planlaşdırır

Türkiyə siyasilərindən Azərbaycana dəstək: "Seninleyiz Azerbaycan"

Koronavirusu “öldürən” məhsulun adı açıqlandı

"Real" Beyllə müqaviləni vaxtından əvvəl ləğv edə bilər

Qayınanam "yox" deyirsə, heç yerə gedə bilmərəm" - Dilarə Əliyeva

Göldə boğulan oğlunu xilas etmək istəyən məşhur aktrisa ÖZÜ BATIB - Meyiti çıxarıldı - FOTO

Türkiyəli generaldan erməni təxribatı ilə bağlı SƏRT AÇIQLAMA

Ermənistanda koronavirusdan ölənlərin sayı 581-ə çatıb

Tovuzdan yeni xəbərlər: düşmən yaşayış evlərini atəşə tutub - YENİLƏNİB - FOTO

Hikmət Hacıyev: "Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir" - VİDEO

Aliment borcunu ödəməyən 943 nəfər həbs edilib

Tovuzdan yeni xəbərlər: düşmən yaşayış evini atəşə tutub - FOTO

Qırğızıstanın Xarici işlər naziri koronavirusa yoluxub

"Ermənistan daxilində ciddi böhrandan diqqəti yayındırmaq üçün sərhəddə təxribat törədir"

Məşhur aktyor koronavirusdan öldü

Avropa çempionunu öldürən idman müəlliminin məhkəməsi başlayır

Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı: iriçaplı pulemyotlar, qumbaraatanlar, snayperdən...

Bakıda oğurluqlara görə axtarışda olan qadın tutuldu

Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutdu