Kərəm Həsənovun 4 saylı Abşeron Ərazi İdarəsinin əcaib “qanunlar”ından xəbəri varmı?

 

Abşeronda “kupça”ların “qiymət”i son günlərdə dəfələrlə yüksəlib. Mozalan. Az-a daxil olan məlumata görə, vətəndaşların bir çoxu tələb olunan rüşvətin məbləğinin yüksək olmasını və həddən artıq kobud davranışları nəzərə alaraq, evlərinin sənədləşdirilməsindən imtina edirsə, çox az bir qismi ölkədə məhkəmə ədalətinə güvənəək, hüquqi yollara əl atır.

Lakin bu o demək deyil ki, məhkəmələrdə haqqı bərpa etmək olar. Məhkəmələr Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin adını eşidən kimi, əvvəlcə prosesi bilərəkdən uzadırlar, sonradan isə anidən vətəndaşın əleyhinə qərar verib, insanları hakimiyyətdən daha da narazı salırlar. Doğrudur, çox az sayda insanlar məhkəmədə uzun çəkişmələrdən sonra ədalətli qərar çıxarılmasına nail olublar. Ancaq bu dəfə də həmin qərarın icrası müşkilə çevrilir. 

Onu da öyrəndik ki, Fərid Bağırovun rəhbərlik etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları qanunsuz tikililərə göz yumduqları halda, vətəndaşların qanuni yolla ev tikmələrinə maneə olub, onlara çıxarış vermir. Bunun üçün vətəndaşdan qanunsuz ödəmə tələb edilir. Deyilənə görə torpaqların özəlləşdirilməsi üçün hər sota 1000 manat pul tələb edilir.

Məlumatda o da bildirilir ki, idarədə sənəd özəlləşdirmək istəyən şəxslər xüsusi “mərhələdən” keçirlər. Belə ki, idarənin əməkdaşlarında xüsusi siyahı var. Bu siyahıda çıxarış üçün müraciət edənlərin adları qeyd olunub. Hansı adın qarşında “plus” işarəsi qoyulubsa, əməkdaş başa düşür ki, həmin şəxs qoyulan qeyri-rəsmi ödənişi çatdırıb və onun sənədləri problemsiz hazır edilir. Hansı adın qarşısında “plus” işarəsi yoxdursa, vətəndaşı müxtəlif bəhanələrlə get-gələ salırlar. Məlumata görə, evin özəlləşdirilməsi üçün də vətəndaşdan hər otaq üçün ən azı 500--1500 manat pul tələb olunur.

İdarənin özündə vətəndaşlarla rəftar olduqca pisdir. İşçilər ən xırda şeylərdən belə qazanmaq istəyir. İdarənin özündə surətçıxarma aparatı olduğu halda vətəndaşları yaxınlıqdakı surətçıxarma yerinə göndərirlər.Çünki orada xidmət pulludur, yaqin ki, Fərid Bağırovun özünə məxsis şəxsi obyektdir.

Süründürməçilik, kobudluq hər addımda vətəndaşları narazı salır.

Onlar dövlət başçısının verdiyi tapşırıqları tərsinə icra edirlər və hesab edirlər ki, bu elə-belə də gedəcəkdir. Biz dəfələrlə Möhtərəm Prezidentimizin belə xainlərə barmaq silkələyərək: “Qudurmuzunuz! Övladlarınız da qudurubdur!” dediyinin şahidi olmuşuq. Qudurmaq demişkən adamın ağlına bir sual gəlir, məgər insan da qudurar?

Mənbə Mozalan. Az

0.24548888206482