Yeni sayt açıldı-Praqnoz.az

 

Bir neçə gün bundan əvvəl yeni sayt-www.praqnoz.az fəaliyyətə başlayıb. Sayta hələlik www.praqnoz.az domenindən giriş olacaq. Demokratikmusavat.com xəbər verir ki, sayt rəhbərliyinin mətbuat üçün yaydığı məlumatda deyilir:

"“www.praqnoz.az”ın hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir.

Demokratiya və plüralizm prinsiplərinə əsaslanan “www.praqnoz.az”, hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.

İnanırıq ki, “www.praqnoz.az”, qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək. Ölkəmizə “www.praqnoz.az”ın pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!”

Saytın rəhbəri Mahir Abbaszadə.

Demokratikmusavat.com komandası olaraq həmkarlarımıza uğurlar diləyirik.

0.1859610080719