"Forbes": "Azərbaycan qazının Avropaya nəqli Rusiya üçün pis xəbər oldu
28
Uzun zamandır gözlənilən “Cənub Qaz Dəhlizi” layihəsi 2020-ci ilin son günündə rəsmi olaraq işə düşüb. Azərbaycanın dövlət neft-qaz şirkəti olan SOCAR-ın məlumatına görə, bununla da “Şahdəniz” yatağından hasil olunan kommersiya məqsədli qaz ilk dəfə İtaliyanın Adriatik dənizi sahilindəki Melenduqno məntəqəsinə çatdırılıb.
3500 kilometr uzunluğunda olan bu qax kəməri 3 hissədən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri, Transanadolu boru xətti (TANAP) və Transadriatik qaz kəməri (TAP). İndi “Cənub Qaz Dəhlizi” vasitəsilə ildə 16 milyard kubmetr qaz nəql ediləcək. Onun 6 milyard kubmteri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük olunacaq.
Azərbaycan hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılacağını 2013-cü ildə elan etmişdi. Elə o vaxtdan “Cənub Qaz Dəhlizi” Rusiya neftilə yanaşı, həm də qazından asılı olan Avropanın enerji mənbələrini şaxələndirəcək layihə kimi təqdim olunurdu.
2020-ci ilin birinci rübündə Avropa İttifaqına (Aİ) tədarük edilmiş qazın 40%-i, xam neftin isə təxminən 30%-i məhz Rusiyanın payına düşüb. İndi, növbəti 25 ildə Avropa ölkələrinə “Cənub Qaz Dəhlizi”nin TAP kəməri vasitəsilə ildə 10 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bunun 8 milyard kubmetri İtaliyanın, təxminən 2 milyard kubmetri isə Yunanıstanla Bolqarıstanın payına düşür. Yerdə qalan həcmin yaxın bazarlara tədarükü nəzərdə tutulur.
Bolqarıstanın sabiq iqtisadiyyat, energetika və turizm naziri Assen Vasilev hesab edir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması təkcə Cənub-Şərqi Avropa ölkələrinin deyil, həm də Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi baxımından mühüm addımdır: ““Qazprom” şirkətinin ənənəvi tədarükü ilə yanaşı, artıq Avropa Azərbaycandan da qaz alacaq. “Cənub Qaz Dəhlizi” layihəsi Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi baxımından böyük potensiala malikdir. Çünki o, Şərqi Aralıq dənizində hasilatı planlaşdırılan yataqlardan, o cümlədən Yunanıstan və Türkiyədəki mayeləşdirilmiş qaz terminallarından sürətli tədarük üçün imkanlar açır”.
Doğrudur, “Cənub Qaz Dəhlizi”nin seqmentləri ətrafında müəyyən narahatlıqlar var. Bu gün cərəyan edən geosiyasi proseslər göstərir ki, Rusiya vacib siyasi “iplər”i öz əlində saxlayır. Məsələn, Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşması məhz Rusiyanın vasitəçiliyi ilə imzalanıb. Demək, Moskva ehtiyac duyduğu anda bu “iplər”i çəkə bilər.
Lakin istənilən halda, Yunanıstan, Bolqarıstan və Serbiya kimi Cənub-Şərqi Avropa ölkələri “Cənub Qaz Dəhlizi” layihəsindən böyük fayda götürəcək. Layihə Avropaya TAP vasitəsilə birləşir. TAP da öz növbəsində, bütün regionu əhatə edən qazpaylayıcı şəbəkəyə qoşulub. Demək, bütün regiona qaz tədarükü təmin olunacaq. Üstəlik, qazpaylayıcı şəbəkələrin əksəriyyəti əks istiqamətə də tədarükə imkan verir.
Beləliklə, Azərbaycan qazı dekabrın 31-də Nea Mesimvria məntəqəsindən Yunanıstana çatdırılıb. TAP Yunanıstanın milli şəbəkəsinə məhz bu məntəqədə qoşulub. Azərbaycan qazı artıq Bolqarıstanla Yunanıstanı birləşdirən mövcud kəmər vasitəsilə Bolqarıstana da çatdırılıb. Söhbət “Kula-Sidirokastro kəməri”ndən gedir. Bu günlərdə dərc olunmuş hesabatda deyilir ki, Azərbaycan qazının gələcəkdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə də tədarükü gözlənilir. Bu interkonnektor 2021-ci ilin iyulunda işə düşəcək.
Demək, bu geniş interkonnektor şəbəkəsi sayəsində Balkan ölkələri də Rusiyadan qaz asılılığını azalda bilər. Üstəlik, bu halda onlar “Qazprom”la qazın qiymətinə dair danışıqlarda təsir rıçaqları da əldə edəcəklər. Bu gün Bolqarıstana tədarük edilən qazın 80%-i Rusiyanın payına düşür. Moskva bu ölkəyə illik 2,3 milyard kubmetr qaz nəql edir. Amma indi Bolqarıstan Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli saziş imzalayıb. Nəticədə Azərbaycan Bolqarıstana ildə 1 milyard kubmetr qaz satacaq.
Bu da son deyil. “Cənub Qaz Dəhlizi”nin işə düşməsi ilə Avropanın regional interkonnektorları vasitəsilə qitənin cənub-şərq hissəsinin qaz mənbələrinin şaxələndirilməsi üçün də imkan yaranır. Söhbət mayeləşdirilmiş qazdan gedir.
Bolqarıstan-Yunanıstan interkonnektorunun icraçı direktoru Teodora Qeorqieva ICIS-ə bildirib ki, Bolqarıstan-Yunanıstan interkonnektoru tamamilə Azərbaycan qazına bağlı deyil. Onun vasitəsilə mayeləşdirilmiş qaz daxil olmaqla, müxtəlif mənbələrdən “mavi yanacaq” nəql etmək mümkündür.
Aİ 2019-cu ildə 108 milyard kubmetr qaz idxal edib. Bu, ittifaqa tədarük edilən qazın dörrdə biri deməkdir. Avropa İttifaqının ötən il mayeləşdirmiş qaz tədarük etmiş əsas ölkələr bunlardır: Qətər (28%), Rusiya (20%) və ABŞ (16%). Aİ-nin enerji bazarında mayeləşdirilmiş qazın payının artırması ilə paralel, müvafiq infrastruktur da genişlənir. Məsələn, bu il yanvarın 1-də Xorvatiyada mayeləşdirilmiş qaz idxalı ilə məşğul olacaq ilk müəssisə (“LNG Hrvatska”) maliyyə fəaliyyətinə başlayıb. Yunanıstan isə Aleksandrupolisdə mayeləşdirilmiş qaz terminalı tikməyi planlaşdırır. Bu layihənin həyata keçirilməsinə Bolqarıstanla Şimalı Makedoniya da qoşulacaq. Sadalanan mayeləşdirilmiş qaz terminallarından tədarük isə məhz interkonnektorlar vasitəsilə həyata keçiriləcək.
Bu arada, Şərqi Aralıq dənizindən də Avropa və Yaxın Şərq ölkələrinə qaz tədarükü mümkündür. Demək, bölgə dövlətləri qaz ehtiyatının hasilatı üçün ən yaxşı biznes layihələrinə üstünlük verəcəklər.
Bir sözlə, Şərqi Aralıq dənizi qazı da Avropa bazarının strukturunda mühüm amilə çevriləcək. “Chevron”un artıq bu “savaş”a daxil olduğunu və “Noble Energy NBL” şirkətini aldığını qeyd etmək yerinə düşər.
Beləliklə, mayeləşdirilmiş qaz layihələrinin və interkonnektorların qaz tədarükü prosesini “Cənub Qaz Dəhlizi” vasitəsilə tamamlamaq üçün birgə fəaliyyət göstərəcəkləri gözlənilir. Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının bəyanatında da deyilir ki, “Cənub Qaz Dəhlizi” potensial əlavə tədarükçülərə məhz bu layihə vasitəsilə qaz nəqli perspektivləri yaradır: “Bu layihə Avropaya əlavə qaz tədarükünün həyata keçirilməsi ilə bağlı danışıqlara da töhfə verir”.
Bir sözlə, “Cənub Qaz Dəhlizi” Aİ-yə qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm layihə hesab olunur. Amma bizim təhlilimiz hələ ki Yunanıstan, İtaliya və Balkan ölkələrinin hüdudlarından kənara çıxmayıb. Demək, hələ söhbət Qərbi Avropa ölkələri üçün yaranmış perspektivlərdən getmir. Hələlik söhbət Avropanın şimal hissəsindəki bazarlardan gedir. Doğrudur, layihə qazın qiyməti baxımından istər Türkiyədə, istərsə də Cənub-Şərqi Avropa ölkələrində rəqabətədavamlı qiymətin formalaşmasına yardım göstərəcək. Lakin bu, Aİ-nin digər ölkələrinə aid deyil.
Son illər Avropada qazın topdansatış qiyməti və bununla bağlı xərclər aşağı düşüb. Bu, “Cənub Qaz Dəhlizi”nin Qərbi Avropaya, hətta İtaliyaya belə, daxil olmasını çətinləşdirə bilər. Bu halda Rusiya qazı regionda ənənəvi hakim oyunçu olaraq qalacaq.
Amma “Cənub Qaz Dəhlizi” əlbəttə ki, Aİ-yə əlavə qaz tədarükünə yol aça bilər. Layihənin işə düşməsi ilə meydana gələn dolayı imkanlarını nəzərə alsaq, “Cənub Qaz Dəhlizi”ni xüsusilə Cənub-Şərqi Avropa ölkələri üçün maraqlı olduğunu söyləyə bilərik. Dolayı imkanlar dedikdə, interkonnektor infrastrukturunun genişlənməsi və digər regional qaz tədarükçülərinin dəhlizə qoşulması nəzərdə tutulur. Bundan başqa, “Cənub Qaz Dəhlizi” gələcəkdə regionda mayeləşdirilmiş qaz terminalları ilə bağlı layihələrin reallaşdırılacağına da ümid yaradır. Amma “Cənub Qaz Dəhlizi” yenə də qitənin digər hissəsində yerləşən Fransa və ya Almaniya kimi böyük istehlakçılara qədər uzanmır.
Müəllif Ariel Koen
Mənbə: Forbes
Xəbər Lenti
Dilşad Məmmədova: Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam - VİDEO - FOTO
Macarıstanda pandemiya dövründə onlayn-satış rekord həddə çatıb
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert
Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
ABŞ-da Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Azərbaycan məhkəməsi Ermənistanın Qarabağda döyüşlərə cəlb etdiyi xarici vətəndaş barəsində həbs qərarı verib
Tailand turizm vergisi tətbiq edəcək
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?
Çin iqtisadiyyatı pandemiyaya baxmayaraq 2,3 faiz artıb
Azərbaycanda təbii qaz hasilatı artıb
Böyük Britaniyada iyun ayının sonunadək 18 yaşdan yuxarı hər kəs peyvənd olacaq
Ötən il Azərbaycanda 34 milyon tondan çox neft hasil olunub
Fevralın 15-dən etibarən Türkiyədə orta məktəblərin açılması planlaşdırılır
Heydər Əliyev Sarayında daha bir yeni layihə - "Tarixi səhnə"
Ceyhun Bayramov Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb
FİFA “Atletiko”nun apelyasiyasını rədd etdi
Xuraman Şuşalı həyat yoldaşı haqqında: “Onunla evlənmək fikrim yox idi” - VİDEO
İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
"Toy olmasa musiqiçilər acından öləcək" - Xatirə
Özbəkistanla Tacikistan arasında aviareyslər bərpa edilir
"Hər şey konkret oğlandan asılıdır, ən azı gündə iki dəfə..." - FOTO
Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb - Reza Deqati
"Milan"ın futbolçusu "Parma"da
Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı
Azərbaycanda ləğv olunan yarışı Türkiyə keçirməyə razılıq verdi
Nazirlik polietilen torbalarla bağlı sahibkarlara çağırış edib
Şəhidlər Xiyabanında son tamamlama işləri görülür - FOTO
2020-ci ildə 2 milyon tona yaxın yük daşınıb - DANX
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib - VİDEOYAYIM
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb
Noyer millinin ən yaxşı oyunçusu seçildi
Nəqliyyat sahəsində 13341 nöqsan aşkar olunub
Ekspert Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu haqda danışdı
Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb
Erməni vandalizmi: Cəbrayıl rayonunun Quycaq kənd qəbiristanlığı dağıdılıb - VİDEO
Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Bu məsələdə Ermənistan tərəfinin daha çox problemləri olub - Lavrov
"Koronavirusa yoluxmuş tibb işçilərinə peyvənd vurulmaycaq" - Baş həkim
"Bavariya" "Frayburq"a belə qalib gəldi - Video
İranın 30 şirkəti Qarabağın bərpasında iştirak etməyə hazırdır
"Beşiktaş" "Qalatasaray"a belə qalib gəldi - VİDEO
Xəstə qızların üçün pul topladılar, Almaniyadan gələn növbəti məktub məyus etdi - FOTO
Milli.Az-da kadr dəyişikliyi
Marselino Toral tarixə düşdü
"İslam din deyil, siyasi bir partiyadır" - Baş yepiskop
Rusiya da bu gün kütləvi vaksinasiyaya başlayır
"Qızım müğənni olmaq istəyirdi, icazə vermədim" - Xalq artisti
""Milli şuranın" milli xəyanəti yeni hadisə deyil" - Əli Əhmədov
4000 avtomobil postlardan geri qaytarılıb, 5 nəfər həbs edilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
28 milyard dollarlıq bitkoinlərin sahibləri niyə çarəsiz qalıblar? - VİDEO
Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara müraciət edib
Messi ağır cəzalana bilər - Rəqibi vurduğu üçün
Dado boşandıqlarını deyir, Natavan isə...
"Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır" - Anar Kərimov
Sabah axşamdan hava pisləşəcək - Qar yağacaq, çovğun olacaq
Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirilib
Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq
Yol polisi vətəndaşlara müraciət etdi
Türkiyədə zəlzələ baş verdi
"Bu Hava Limanı vasitəsiylə Şuşaya daha tez çatmaq mümkün olacaq" - FOTO
Cəbrayıl polisi narkotacir qardaşları saxladı - FOTO
Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu prinsiplər əsasında keçirilir
Müharibə və pandemiya dövründə işləyən "MedEra" hospitalının fədakar tibbi personalının əməyi qiymətsizdir