Firudin Nəbiyev 4 ilə
necə general oldu?

 

Abşeron Rayonu Mehdiabad qəsəbəsində DMX-nin keçmiş rəisi özünə, bacılarına
və digər yaxın qohumlarına dəyəri milyon manatlarla ölçülən mülklər tikdirib

 

Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyev

haqda sensasion məlumatlar meydana çıxmaqdadır

Keçmiş deputat Nazim Bəydəmirlinin feysbuk hesabında inanılmaz faktlar yer alıb.

İndi məlum olur ki, bu general bütün qohum-əqrəbasını da “zabitləşdirib” və rəhbəri olduğu qurumun aparıcı strukturlarına rəhbər vəzifələrə təyin edib..

N.Bəydəmirli yazır: “Bu gün bir iranlı biznes adamı mənə zəng edib ki, 1 ay əvvəl sənədlərimi təhvil vermişəm ki, 7-8 ildir mən birillik vizalar almışam, burada daşınmaz əmlakım var, biznesim var.

İmtahan da vermişəm ki, 5 illik viza versinlər. Hər şey normal ola-ola rüşvət vermədiyimə görə yenə 1 illik veriblər. Dedim şikayət yaz ver məhkəməyə”.

Onun sözlərinə görə, Xudat sərhəd dəstəsində yeməkxananı mülki şəxs kimi işlədən F.Nəbiyev gizir vəzifəsində olan mülki adam imiş:

“Əvvəlcə leytenant rütbəsi alır və 24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

1 iyul 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1286 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

15 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1613 saylı Sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.

Bir polkovnik mənə danışanda əvvəlcə inanmadım ki, 4 ilə general olmaz. Sonra baxdım ki, mən səhv etmişəm..olar özü də hərbçi olmaya olmaya”.

Artıq Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb.

DMX-dəki mənbələrdən virtualaz.org-a verilən məlumata görə, artıq miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərov, qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, miqrasiya proseslərinin analizi idarəsinin rəisi Mehman Səfərov işdən çıxarılıblar.

Bundan savayı, daxili təhlükəsizlik idarəsinin rəisi və rəis müavini, qanunsuz miqrantların saxlanması mərkəzinin rəisi vəzifələrindən azad olunublar.

Qeyd edək ki, DMX ən korrupsiyalaşmış dövlət strukturlarından hesab edilirdi. Hələ 2015-ci ildə haqqin.az bu dövlət xidmətində qohumbazlıq hallarını ifşa edən “Nazirlik, yoxsa Ailə Klondaykı” başlıqlı yazı ilə çıxış etmişdi.

FİA.Az xəbər verir ki, heç bir hərbi savadı olmayan və kiçik leytenant rütbəsiylə Nəbiyevin necə MTN-də Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə yüksəlməsi, 4 ilə general olması maraq doğurur.

Diqqətlə fikir verin iqtisadiyyat təhsili olan Firidun Nəbiyev 2001 ildən MTN-ə təyinat alır.

Təyinat zamanı hərbi rütbəsi kiçik leytenant olur və 4-5 il sonra general rütbəsi alır.

Son günlər ölkə mətbuatında Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevə məxsus xeyli sayda əmlakın və biznes obyektlərinin olduğu barədə ciddi faktlar dərc olunur.

Məsələn, aşağıdakı əmlaklar Firudin Nəbiyevə məxsusdur:

– “FASHİON Club” qadın gözəllik salonu — Bakı şəhəri, Teymur Əliyev küçəsi

– Fermer təsərrüfatı — 500 hektar ərazidə — Xaçmaz rayonu, Xudat şəhərində

– Kafe, restoran, ərzaq mağazaları, pullu avtodayanacaq — Yalama keçid məntəqəsinin qarşısında

– Novxanıda dəniz kənarında restoran

– “Orxan” istirahət mərkəzi — Nabranda

– “ATA Market”- Binəqədi qəsəbəsində

– “Elay” şadlıq evi — Bayıl qəsəbəsində (DMX idarə rəisi İntiqam Məmmədovla şərikli)

– Masazır qəsəbəsində yeni tikilən bir neçə bina

– Yanacaq doldurma məntəqəsi — Bakı-Rusiya magistral yolunda

– Hotel — Bakı şəhəri, Teymur Əliyev küçəsində

– Şəxsi avtomobillər kolleksiyası

– son model “Mersedes Galendwagen” — nömrə nişanı — 002

– son model “Mersedes S Klass” — nömrə nişanı — 002

– son model “Range Rover Discovery” — nömrə nişanı -011

– son model “Lexus 570? — nömrə nişanı — 009.

Ancaq istənilən halda suallar ortaya çıxır. Bu boyda əmlakı sən hansı pulla almısan?

Axı sənin aldığın əmək haqqı ilə ən yaxşı halda rayon kəndlərinin birində xırda bir dəlləkxana almaq olar.

Deməli, sən ölkə qanunlarını pozaraq biznes fəaliyyəti ilə məşğul olmusuz . Ya da hansısa mənbədən gələn çirkli pullardan yararlanmısız?

Bunlardan başqa Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin özünə və ailə üzvlərinə məxsus villalar Mehdiabad qəsəbəsində aşkar edilib.

Abşeron Rayonu Mehdiabad qəsəbəsində DMX-nin keçmiş rəisi özünə, bacılarına və digər yaxın qohumlarına dəyəri milyon manatlarla ölçülən mülklər tikdirib.

0.71328210830688