Ayılın ey müsəlmanlar,
bəsdir qəflət
yuxusunda yatdığınız!

 

 Dünyada baş verən siyasi oyunlara baxış

 Bu gün dünyanın hazırkı vəziyyətindən söhbət açacam. Çünki dünyanın indiki halı məni çox narahat edir. Kaş düşündüklərimin və qələmə aldıqlarımın  anlaşılması üçün hər kəsə öz dilində, yəni fərqli dillərə sahib olan müsəlmanlara onların öz doğma dillərində müraciət etmək imkanım olaydı.

Bir sözlə, kaş yer üzündəki bütün müsəlmanların dilini biləydim. Bax, o zaman deyərdim ki, -ey dünya müsəlmanları anlayın və bilin ki, hegemon dövlətlər hansısa böyük gücə malik bir müsəlman dövlətinin olmasını istəmir və heç bir zaman da istəməyəcək.

Gəlin, dünyada baş verən münaqişə ocaqlarına nəzər salaq. Onların 99% -i müsəlman ölkələrinin payına düşür. Liviya, Misir, Fələstin, İraq, Suriya, Azərbaycan... Mən bu siyahını artırmaq belə istəmirəm. Hal-hazırda Türkiyəni parçalamaq istəyirlər. Nədən? Çünki Türkiyə güclü dövlətdir və günü-gündən sürətlə inkişaf edir. Böyük güclərə belə bir türk, müsəlman dövlətinin varlığı sərf etmir. Türkiyə kimi dövlətlərin olması, dağıdıcı qüvvələrin dünyanı istədikləri tərəfə yönəldərək idarə etmələrinə mane olur.

Bəs, bizlər bunu niyə görmürük və yaxud görmək istəmirik? Niyə Türk dövlətlərinin ətrafında sıx birləşərək ona dəstək olmuruq? Məgər biz görmürük ki, böyük güclər müsəlmanları parçalayaraq məzhəblərə ayırmaqla məşğuldular? Niyə ayılmırsınız ey İraq, Suriya kürdləri? Siz hələ də anlamırsınız ki, bu qüvvələr sizi yalan vədlərlə şirnikləndirərək sonda öz məqsədlərinə nail olurlar... Bir tərəfdən müsəlmanları bir-birinə qırdıraraq saylarını azaldırlar, gidər tərəfdən də onları xırda dövlətlərə parçalayaraq özlərindən asılı vəziyyətə salırlar.

Məsələn, götürək elə son zamanlar dünyanın gündəmini zəbt etmiş İŞİD-i. Böyük güclər,  bayrağının mənası UAllahdan başqa Allah yoxdur, Məhəmməd peygəmbər (s.a.s) onun elçisidir" olan, qondarma İslam Şam dövləti adlı bir terror təşkilatı yaradaraq, başlarında da rəhbər kimi müsəlman cildinə girmiş,  din pərdəsi ilə pərdələnmiş, xüsusi təlim görmüş xiristian yerləşdiriblər.

Dünyanın ən təhlükəli terror təşkilatı sayılan bu təşkilat statistik rəqəmlərə görə günə 3 milyon ABŞ dolları qazanır. Maliyyə qaynaqları neft yataqları, büdcələri isə 2 milyard dollar təşkil edir. Qadın və uşaqları diri-diri yandıran bu qaniçən təşkilatı yaradanlar, əslində o qədər mükəmməl pərdələniblər ki, bunun əsil amacını asanlıqla ayırd etmək belə müm-kün deyil. Çünki onlar illərdir bu oyunu qurub yaratmaq üçün küllü miqdarda pullar sərf ediblər. Hazırladıqları "qəhrəmanlara" təlim keçərək, müsəlman dinini xırdalıqlarına qədər öyrədirlər.

Bəs biz nə edirik? - Biz yalnız öz mənfəətimizi düşünürük. Təki özümüz yaxşı yaşayaq, var-dövlətimiz bol olsun devizi bizi tərk etmir. Axı nə dinimiz, nə də Peyğəmbərimiz bunu belə demir. Peyğəmbərimiz buyurur ki, -"elm üçün lazım olsa  başqa dinlərdən olan millətlər, xalqlar arasında illərlə və hətta bütün ömürü boyu yaşamağa dəyər".

Baxın, bu güclər BMT adli nüfuzlu bir təşkilatın da yaradıcısıdırlar. Bu təşkilatın qayəsi guya millətlərin pozulmuş hüquqlarını qoruyur və bərpa edir. Gəlin görək həqiqətən də belədirmi? Hər bir kəsin anlaması üçün bir az diqətli olması yetər ki, bu təşkilatın da yalnız və yalnız böyük yeddilik ölkələrin maraq və istəklərinə xidmət etdiklərini anlasınlar. Bir zamanlar BMT atom istehsalını bəhanə edərək dünyanın 27 ölkəsindən qoşun cəm etdi və İraqda Səddam Hüseyini devirdi. Sonralar məlum oldu ki, sən demə, İraqda heç atom silahı yoximiş. Burada məqsəd Səddamı devirmək idi, ona da nail oldular. Niyə? Çünki İraq müsəlman dövlətidir. Səddam Hüseyin isə böyük güclərin maraq və istəklərinə xidmət etməkdən imtina etdi.

İllərdir dünya Əfqanıstanda da terrorla mücadilə edir. Hətta ora bizim Azərbaycan milli ordusunun da əsgərlər cəlb edilib. Əslində isə bu, göründüyü kimi deyil. Çünki Əfqanıstan da, İraq kimi böyük dövlətlərin maraqlarına xidmət etmir. Əgər bu, həqiqət də belə olsaydı, Türkiyə Afrin əməliyyatında terrorla mücadilə apararkən Rəcəb Tayyib Ərdoğan BMT-yə, NATO-ya səslənərkən hər iki nüfuzlu təşkilat susmazdı. Bəs niyə susdular və hələ də susmaqda davam edirlər? Çünki İŞİD-i özləri yaradıblar və onlara xidmət edərək müsəlmanları bir-birinə qırdırırlar. Əgər BMT həqiqətən də dünya xalqlarının hüquqlarını qoruyub bərpa edirsə, niyə Azərbaycanın da hüquqlarını qorumur? İllərdir gözdən pərdə asmaq üçün dörd qətnamə qəbul edib, hamısı da kağız üzərində qalıb. Məgər İraq, Əfqanıstan kimi dövlətlərə gücü çatan BMT-nin yumruq boyda Ermənistana gücü yetmir? Yetir, sadəcə olaraq bunu özləri istəmir. Çünki Ermənistan onların maraqlarına xidmət edir.

Bizim dövlətimiz Əfqanıstana yardım üçün BMT- yə əsgər verdiyi halda, niyə öz torpaqlarımızın geri qaytarılmasını, Qarabağda dövlətimizin pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmir? Əgər edirsə, buna niyə nail ola bilmirik? Bunun da cavabı bəllidir- Azərbaycan müsəlman dövlətidir. İkiüzlü siyasət yürüdən BMT bunu çətin ki, təmin edə. Yeri gəlmişkən, qoy bizim siyasətçilər də, bu milləti öz xoş avazlı sözlərilə başlarını qatıb deməsinlər ki, ABŞ, Rusiya bizim dostlarımızdılar. Əgər ABŞ həqiqətən də bizim dostumuz olsaydı, niyə bu münaqişənin həlli 29 ildir uzanır? Yaxşı, əgər biz öz qədim torpaqlarımızı geri ala bilsəydik, onda da ABŞ, Rusiya, BMT məsələyə bu qədər dözüb durardılarmı?

Bəli, mən qədim torpaqlarımızı dedim. Çünki Ermənistanın heç vaxt torpağı olmayıb, gəlib bizim torpaqlarımızda dövlət qurub və əsrlərdir ki, digər torpaqlarımızı da hissə-hissə özündə olan torpaqlara birləşdirərək dövlətini böyütməklə məşğuldur. Hələ üstəlik, yerüstü, yeraltı sərvətlərimizi də talayır, tarixi keçmişimizi əks etdirən abidələrimizi  məhv edib. Məgər bunu ATƏT, BMT, ABŞ və diğərləri görmür? Sadəcə, münaqişənin həlli yolu onların maraqlarına xidmət etmədiyi üçün bu işin çözülməsinə zaman ayırmırlar. Ona görə ki, Ermənistan kiçik olsa da, xristian dövlətidir.

Rusiya bizim necə dostumuzdur ki, Ermənistana pulsuz, müasir silahlar verdiyi halda, öz pülümüzla Azərbaycana satdığı silahlar standartlara cavab vermir? Dostumuz hesab etdiyimiz Rusiya bizə öz halal torpaqlarımızı geri almağımıza imkan vermədiyi kimi, Çeçenistan torpaqlarını da zorla, müharibə yolu ilə öz torpaqlarına birləşdirdi. Bəli, Rusiya böyük və eyni zamanda xristian dövləti olmağından istfadə etdi...

Sonda bütün müsəlmanlara səslənirəm. Ey dünya müsəlmanları, bəsdir yatdığınız, qəflət yuxusundan oyanın! Birləşin! O zaman böyük dövlərlər də, sizinlə hesablaşmaq məcburiyyətində qalacaqlar. Bu yerdə ataların gözəl bir deyimi yadıma düşdü:- Ayının yüz oyunu var, hamısı da bir armudun başında. 

0.14209413528442