"Apple" bu günlərdə ciddi bir məhkəmə işi ilə üzləşib.
Demokratikmusavat.com -ın milli.az-a istinadən məlumatına görə, Böyük Britaniyada istehlakçı hüquqlarını qoruyan "Which"? bulud saxlama xidmətləri üçün onlara yüksək qiymətlər tətbiq olunduğunu bildirərək qanuni mübarizəyə başlayıblar.
Əgər iş istehlakçıların xeyrinə yekunlaşarsa, "Apple" hər bir müştəriyə təxminən 70 funt sterlinq təzminat ödəməli ola bilər.
"Apple"ın ödəyəcəyi ümumi təzminatın 3 milyard sterlinqə çata biləcəyi təxmin edilir.
Qeyd edək ki, "Apple" isə "Which"? istehlakçı qrupunun ittihamlarını rədd edərək, iddialara qarşı özünü müdafiə edəcəyini açıqlayıb.