“Birinci və İkinci Dünya müharibəsi necə başladısa, Üçüncü Dünya müharibəsi də hər an başlaya bilər. Bunun üçün elə ciddi hadisəyə ehtiyac yoxdur".
Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.
Nazir deyib ki, belə bir müharibənin başlanmasını istəmirlər və buna qarşıdırlar: "Amma biz hər zaman hər şeyə və varianta hazır olmalıyıq. Biz qocaman Türkiyə dövlətindən və millətinin təhlükəsizliyinə cavadehik. Ola biləcək müharibə ehtimalında ən xırda təfərrüatı dəyərləndirəcəyik və bütün imkanlardan istifadə edəcəyik. Buna uyğun planlarımızı qururuq. Amma biz ölkəmizdə sülh içində yaşamaq istəyirik”.
Mürtəza
Demokratikmusavat.com