Toya 100 adam çağırdı, cəmi 5 nəfər gəldi - Video

 

ABŞ-ın Oreqon ştatında yaşayan Kalina Mari və əri Şeyninin toyunda gözlənilməz vəziyyət baş verib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, son 10 ayda maskarad temalı toylarına böyük hazırlıq görən cütlük 75-dən çox adama rəqəmsal, 25 nəfərə isə xüsusi hazırlanmış dəvətnamələr göndərib.

Cütlük 100-dən çox adamı toylarına çağırsa da, cəmi 5 nəfər gəlib.
Hazırlanan bütün yemək və içkilərin boşa getdiyini bildirən Mari məyusluqlarını sosial şəbəkədə paylaşıb. Bu vəziyyət sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Kalina Mari sosial şəbəkədə yaşadıqlarını bölüşərək bunları deyib: "Dəvətnamədəki saat 13:00 idi. Anam 13:15-də mesaj göndərdi və heç kimin gəlmədiyini bildirdi. Biz 14:00-da gələndə yalnız var idi. 40 nəfərlik zalda 5 nəfər var idi.

Doqquz ildir birlikdə olan cütlüyün bir oğlu da var. Onlar bu ilin yanvarında nişanlanıb.
Kalina və Şeyn qonaqların niyə gəlmədiyini anlaya bilmədiklərini bildiriblər. Üstəlik, gəlməyən qonaqların əksəriyyəti təbrik mesajı belə göndərməyib.

Toy görüntülər TikTok-da 7 milyon dəfədən çox baxış toplayıb.

Gəlin bildirib ki, belə bir vəziyyətlə qarşılaşmağı düşməninə belə arzulamır.

 

0.1444079875946