Bakının müxtəlif ərazilərində qiyməti əl yandıran həyət evləri və villalar tez-tez satışa çıxarılır. Belə əmlaklar ya yerləşdiyi yerə görə, ya da dizayn və sahəsinə görə olduqca yüksək qiymətə təklif olunur.
Demokratikmusavat.com xəbər verir ki, Yenisabah.az elan saytlarında yerləşdirilən paytaxtın ən bahalı həyət evlərini araşdırıb.
Hazırda satış platformalarında ən yüksək qiymətə təklif olunan həyət evi İçərişəhər ərazisində yerləşir. Sözügedən evin sahəsi 3600 kvadratmetr, otaq sayı isə 14-dür. 20 sot ərazisi olan evin satış dəyəri 12 milyon manatdır. Satış zamanı ipoteka qaydası mümkündür. Onu da qeyd edək ki, əmlak təmirsiz satılır.
Elan saytlarında rast gəldiyimiz digər “bir milyonluq” ev isə Xəzər rayonunun Mərdəkan qəsəbəsindədir.
80 sot əraziyə malik olan həyət evi 1400 kvadratmetr sahədən və 9 otaqdan ibarətdir. Ev 5 milyon 800 min manata təklif olunur.