Melaniya Tramp vacib birinci xanım ənənəsini pozdu

 

Donald Trampın xanımı noyabrın 13-də Cil Baydenlə ənənəvi çay süfrəsinə qatılmayacaq.

Melaniya Tramp ABŞ-ın birinci xanımının təşkil etdiyi çay süfrəsindən imtina edərək mühüm ənənəni pozmağa qərar verib.

Demokratikmusavat.com Lent.az-a istinadən xəbər verir ki, adət üzrə, yeni seçilmiş prezidentin həyat yoldaşları və vəzifədən gedənlər Oval kabinetdə simvolik görüş keçirirlər, lakin Melaniya Tramp toplantıda iştirak etməmək qərarına gəlib.

“Daily Mail”in yazdığına görə, əri Donald Tramp Co Baydenin Ağ evdəki görüş dəvətini qəbul etsə də, Melaniya ənənəvi çay süfrəsinə məhəl qoymayıb. Hökumət rəsmilərinə yaxın mənbələr deyirlər ki, birinci xanımlar Kamala Harrisin prezident seçkilərində uduzmasından sonra əlaqə saxlamayıblar, onların son görüşü 2023-cü ildə Rozalin Karterin dəfn mərasimində olub.

“Xanım Trampın gəlmək planı yoxdur və onlar hələ də danışmayıblar”, - mənbə bildirib.

Baydenlər də öz növbəsində hakimiyyətin ötürülməsinin dinc yolla keçəcəyinə söz veriblər və onlar da 2025-ci ildə Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırıblar.

Bu, Donald Trampın ənənəni ilk dəfə pozması deyil. Dörd il əvvəl, Co Baydenin qələbəsi zamanı Tramp onu Oval Ofisdəki görüşə dəvət etməyib, adətin pozulması mediada geniş müzakirələrə səbəb olub.
 

 

0.2037250995636