Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə müzakirələr aparıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə görüş keçirib. Görüş zamanı CARICOM-la gələcək əməkdaşlıq perspektivləri, həmçinin COP29-a sədrlik prioritetləri və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim səylərini dəstəkləməyə dair Azərbaycanın təşəbbüsləri müzakirə olunub. Dialoqun daha da aktivləşdirilməsi üçün bu cür qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb", - paylaşımda qeyd edilib.