Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada gümüş medal qazanıb.
Demokratikmusavat.com xəbər verir ki, yeniyetmə idmançımız qarışıq kateqoriyalar üzrə 200 metr məsafəyə sərbəst üsulda 644 xal nəticə ilə ikinci olub və fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, Ə.Vəliyev Gimnaziadanın növbəti yarış günlərində 50 metr məsafəyə arxası üstə, kəpənək və sərbəst üzmə üsullarında mübarizə aparacaq.