ABŞ Rusiyanı Bakı vasitəsilə necə xilas etdi? - Foto

 

İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramında əsas yardımlar Moskvaya Azərbaycan ərazisindən aparılırdı. Yüklər İranın cənub limanlarına gəmilərlə gətirilirdi. Buradan onları dəmir yolu vasitəsi ilə SSRİ-yə göndərmək nəzərdə tutulurdu. Lakin dəmir yolunun yükaşırma imkanı çox zəif olduğundan, alternativ marşrutlar axtarmaq lazım gəlir.

Aparılacaq yüklərin həcmini və buna sərf ediləcək vaxtı hesabladıqdan sonra belə qənaətə gəlinir ki, Lend-liz yükləri gəmilərlə Bakıya, Bakıdan isə lazımi ünvanlara daşınsın.

1942-ci ildən Azərbaycan alman ordusunun dağıtmağa çalışdığı Lend-liz yükləri üçün “cənub həyat xəttinə” çevrilmişdi. ABŞ-ın SSRİ üçün ayırdığı yüklərin demək olar ki, yarısı Bakıdan keçirdi. Həmçinin Xəzər dənizi ilə də yüklər Həştərxana daşınırdı. Azərbaycanlı dənizçilər istənilən hava şəraitində səfərə çıxaraq, cəbhəni fasiləsiz olaraq yanacaqla və silah-sursatla təmin edir, yaralıları, təxliyə olunmalı əhalini və s. daşıyırdılar.

Müharibə ərzində İrandan SSRİ-yə avtomobillər Tehran–Aşqabad, Tehran–Astara–Bakı, Culfa–Orconikidze (Vladiqafqaz) marşrutları üzrə hərəkət edirdi.

Cənub marşrutu Cəbəllütariq, Süveyş kanalı, daha sonra İran və Bakıdan keçirdi.

İlkin olaraq, tədarüklər Fars körfəzinin şimal limanlarına (İranın cənub-qərbindəki limanlar, İraqın Barsa və Fav limanları və Britaniya Küveyti) çatırdı. Amerikanın “Studebaker” yük maşınlarına döyüş sursatı, yanacaq-sürtkü materialları, ehtiyat hissələri, ərzaq və digər mallar yüklənərək İran Culfasına göndərilirdi. Oradan Araz çayı vasitəsilə “Sovet Culfası”na gəlirdi.

İran ərazisindən keçən marşrutun təhlükəsizliyinin təşkilatçılarından biri də mayor Tapdıq Qocayev olub.

Hacıqabul, Yevlax, Culfa, Gəncə şəhərlərində xüsusi mərkəzlər tikilmişdi. Eniş Azərbaycanın Gəncə və Hacıqabul şəhərlərində həyata keçirilirdi. Sonuncu yerdə sovet pilotlarının idxal olunan təyyarələrdə uçmağı öyrəndiyi təlim mərkəzi yerləşirdi.

Amerikalılar yazırlar: “Hacıqabul çox kiçik şəhərdir. Əhalisi 30 mindən azdır. Özlərini “hacıqabullu” adlandıran sovet aviasiyasının bir çox pilotu və sadə işçiləri Azərbaycanda təlim keçmişlər”.

Beləliklə, Bakı beynəlxalq siyasətə cəlb edilmişdi. Adı “Xilaskar Bakı” kimi yazılırdı daxili yazışmalarda. Bakı - Azərbaycan İkinci Dünya müharibəsində yardımların Şah DAMARI sayılırdı.

Digər nəqliyyat qovşaqlarından fərqli olaraq, Bakı həm dəniz, həm də yük maşınları və dəmir yolu ilə daşınan yükləri qəbul edə bilirdi. Azərbaycan ərazisi əsasən Amerika tanklarının İrandan ötürülməsi üçün istifadə olunurdu.

Müharibənin dönəmində malların daşınması üçün istifadə olunan Bakı marşrutu “Cənub həyat yolu”na çevrilmişdi. 1942-ci ildə Lend-liz çərçivəsində alınan bütün yüklərin 28,8, 1943-cü ildə isə 33,5 faizi Cənub marşrutu ilə çatdırılmışdı. İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqına bütün yüklərin demək olar ki, dörddə biri bu yolla daxil olmuşdu.

Təəssüf ki, sovet dövründə, xüsusən də müharibə başa çatdıqdan sonra ilk illərdə bu məlumatlar məxfiləşdirilib. Çox heyf ki, Lend-lizin cənub marşrutu ilə bağlı az sayda araşdırmalar var.

İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramında əsas yardımlar Moskvaya Azərbaycan ərazisindən aparılırdı. Yüklər İranın cənub limanlarına gəmilərlə gətirilirdi. Buradan onları dəmir yolu vasitəsi ilə SSRİ-yə göndərmək nəzərdə tutulurdu. Lakin dəmir yolunun yükaşırma imkanı çox zəif olduğundan, alternativ marşrutlar axtarmaq lazım gəlir.

Tarixçi Zaur Əliyev


 

 

0.16198801994324