Yeni UEFA reytinqi açıqlanıb.
Demokratikmusavat.com xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin III turunun ilk gününün 9 matçı ciddi dəyişikliklərə səbəb olmayıb.
Ölkələrin yalnız xal hesabı dəyişib. 2 klubu qələbə qazanan İngiltərə və İspaniya günü daha böyük qazancla başa vurub.
Azərbaycanın da mövqeyi dəyişməyib. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 28-cidir.
Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1,250, "Qarabağ" 0,750, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal əldə edib.
Reytinq cədvəlinə İngiltərə başçılıq edir - 93,017 xal.