"Nyukasl" Qordonla uzunmüddətli müqavilə imzaladı

 

İngiltərə Premyer Liqa təmsilçisi "Nyukasl" futbolçusu Entoni Qordonla uzunmüddətli müqavilə imzalayıb.

Demokratikmusavat.com xəbər verir ki, 23 yaşlı hücumçunun sözləşməsinin neçənci ilə qədər uzadıldığı açıqlanmayıb.

Qeyd edək ki, Qordon ötən il 45 milyon avro qarşılığında "Everton"dan "Nyukasl"a keçib. O, bu müddət ərzində 74 oyunda meydana çıxıb və 15 qol vurub.

0.068342924118042