Oktyabrın 22-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüş zamanı Ermənistan və ABŞ arasında ikitərəfli gündəliyin məsələləri, o cümlədən cari layihələr, müsbət dinamika və inkişafa yönəlmiş gələcək perspektivlər müzakirə edilib.
Ararat Mirzoyan və Maykl Karpenter regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son müzakirələrə toxunulub.