Azərbaycanlı gənc barın qarşısında güllələndi

 

Türkiyədə azərbaycanlı gənc güllələnib.

Demokratikmusavat.com Lent.az-a istinadla xəbər verir ki, hadisə Samsun şəhəri Atakum qəsəbəsində baş verib.

Azərbaycanlı 20 yaşlı A.P. ilə sərxoş halda bara girmək istəyən 29 yaşlı Y.M. arasında mübahisə yaranıb. Bu zaman Y.M. A.P.-ni ayaqlarına tapança ilə atəş açaraq, ona xəsarət yetirib. Bundan sonra münaqişə böyüməsin deyə barın sahibi M.Y. də tünəfglə havaya atəş açıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Y.M. və M.Y. polis tərəfindən saxlanılıb. Onlar ifadəsi alınandan sonra məhkəməyə təhvil veriliblər.

 

0.072824954986572