Komitə sədri: Baydenin məktubu və Ağ Ev yarımçıq sülh istəmirsə, o zaman...

 

"ABŞ prezidenti Co  Bayden Azərbaycan Prezidenti cənab İlham Əliyevə  məktub ünvanlaması çox mühüm hadisədir. Bu Azərbaycan Prezidentinə olan münasibətin göstərici və təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə Avrasiya coğrafiyasında oynadığı mühüm rola verilən qiymət kimi dəyərləndirmək lazımdır. Təbii ki, Baydenin məktubu ABŞ-ın bölgədə sülhün əldə olunmasına və nəhayətində Ermənistanla münaqişəyə birdəfəlik son verilməsinə xidmət edir. O baxımdan Baydenin məktubu Ağ Evin münaqişənin həlli ilə bağlı rəsmi mövqeyini sərgiləməsi baxımdan yüksək dəyərləndirilir. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan bölgədə dayanıqlı sülhün, sabitliiyn, inkişafına və sıx əməkdaşlıq formatının yaranmasını hamıdan çox istəyir və siyasətini də bu istiqamətdə qurub. Bölgədə sülhü istəməyən və ona mane olan varsa da, bu Ermənistan və onun havadarlarıdır".

Bunu Demokratikmusavat.com -a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, 2020-ci ilin 10 noyabr sülh bəyanatından sonra Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması və düşmənçiliyə son verilməsi ilə bağlı ilk sülh əlini uzadan və belə bir təşəbbüslə çıxış edən Azərbaycan olub. "Lakin təəssüflə qeyd etmək lazımdır ki, ötən bu müddət ərzində Ermənistan Azərbaycanın uzatdığı sülh əlinə əl verməyərək dayanıqlı sülhlə bağlı irəli sürdüyü şərtləri qəbul etməyib", - o qeyd edib.

Deputat əlavə edib ki, bu müddət ərzində sülh sazişinin əldə edilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunsa da, İrəvan tərəfi bölgədə uzunmüddətli və dayanıqlı sülhə nail olunmasına xidmət  edən əsas şərtləri qəbul etməyib: "Ermənistan havadarlarının dəstəyi ilə hər zaman sülhdən yayınaraq, beynəlxalq aləmi çaşdırmaq yolunu seçərək bölgədə gərginliyin davam etməsinə xdimət edən siyasətini davam etdirməkdədir. Son zamanlarda isə Ermənistan tərəfi Fransa və bəzi digər ölkələrin dəstəyi ilə sürətli silahlanmaya üstünlük verməkdədir. Ermənistanın silahlanması bölgədə sülhə deyil, sülhün pozulmasına xidmət edir. Hansı ki, biz 2020-ci ildə İkinci Qarabağ savaşının başlandığı dövrədə görmüşük. Odur ki, əgər ABŞ doğrudan da İrəvanla Bakı arasında dayanıqlı sülhdə və bölgədə dayanıqlı sabitliyin, sıx əməkdaşlıq formatının yaranması üçün Ermənistan təzyiq edib destruktiv mövqeyindən çəkindirməlidir.

Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarından və dayanıqlı sülhə mane olan digər addımlardan  əl çəkməlidir. Əks təqdirdə imzalancaq istənilə sülh sazişi yarımçıq olacaq və heç kkim onun uzunmüddətli və ya dayanıqlı sülh sazişi olacağına təminat verə bilməz.

Sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş verən də hakimiyyətə gələn qüvvə Azərbaycanla imzalanan sülh sazişindən imtina edə bilər və bu da bölgədə yeni müharibənin alovlanmasına şərait yaradar. Ona görə də İrəvan sülh sazişi Ermənistanın hansısa hakimiyyəti və yaxud Paşinyanla deyil, Ermənistanla imzalamaq istəyir. Ancaq belər bi sazişin imzalanması dayanıqlı sülhə xidmət edə bilər. Bir daha qeyd edirəm ki, ABŞ doğrudan da bölgədə gələcəkdə növbəti münaqişənin yaranmasını istəmirsə, o zaman İrəvana təzyiq edib yarımçıq sülhə deyil, real və dayanıqlı sülhün əldə olunmasına töhfəsini verməlidir. Təbii ki, cənab Prezident İlham Əliyev sülhlə bağlı rəsmi Bakının mövqeyini ABŞ prezidentinin xüsusi köməkçisi, Avropa üzrə baş direktor Maykl Karpenterlə görüşündə qarşı tərəfin diqqətinə çatdırıb. Cənab Prezident onu da bəyan edib ki, Azərbaycan bu günədək olduğu kimi bundan sonra da bölgədə daynıqlı sülhün əldə olunması istiqamətində danışıqlar prosesinin irəli aparılmasında üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır”.

Mürtəza
Demokratikmusavat.com

0.78870701789856