Təhsildə inkişaf sistemli fəaliyyətin nəticəsidir

 

"Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq."

Prezident, İlham Əliyev


Bizim təhsil sistemində heç vaxt distant təhsil olmayıb. Bu il ABŞ-ın Stenford universitetinin CORSERA onlayn kurslarında 10 min vətəndaşımız 4 Sİ Akademiyası və TİF-ın dəstəyi ilə qısa müddətli onlayn kurslarda təhsil aldılar. Gələn il daha 200 min vətəndaşımız CORSERA vasitəsi ilə qısa müddətli onlayn kurs kecəcəklər.
SUAL1: Əgər distant təhsil həqiqətən pisdirsə, niyə 10 min + 200 min vətəndaşımız CORSERA-nın onlayn kurslarında oxuyur?
SUAL 2: Əgər distant təhsil yaxşıdırsa, onda bizim universitetlərdə niyə bu yoxdur?
20 ildir belə sualları məmurlara yönəldirəm, hələ də cavab yoxdur.
Bu qadağanın məqsədi nə olub? İnkişaf yoxsa tənəzzül?

Amma bu müddətdə təhsilimiz ən azı 20 il gerilədi.
Təhsilin rəqəmsal transformasiyası və süni intellekt dövründə ölkədə distant təhsilə qoyulan 20 illik qadağa heç cür anlaşılan deyil. Belə vəziyyətdə təhsilimiz necə inkişaf edə bilərdi?
Məlum olduğu kimi, Türkiyədə hal-hazırda 1 milyon məşğulluq layihəsi reallaşır. Bu layihə 1 milyon proqramçı hazırlamaq və onları işlə təmin etmək məqsədi güdür. Bu sahəyə dünyada və Türkiyədə olan marağı nəzərə alaraq 2023-cü ildə müvafiq sferada iş yerlərinin sayı 2 dəfə artırılır.
Pulsuz təqdim olunan portalda qeydiyyatdan keçərək 216 istiqamət üzrə ümumi həcmi 1800 saatdan çox onlayn dərsləri seçmək və müstəqil öyrənmək mümkündür. Rəqəmsal transformasiya ilə əlaqədar bu sahəyə diqqət bütün dünyada artmaqdadır.
Bu layihə faktiki olaraq açıq, distant (onlayn) İT kurslarıdır. Beynəlxalq təcrübədə belə təşəbbüslər əvvəllər də olub. Rusiya bu təşəbbüsü 20 il əvvəl reallaşdırıb. İNTUİT portalı "internet universitet" kimi fəaliyyət göstərir. Bu, dünyada ilk MOOC (Massive Open Online Course - Açıq Olayn Kütləvi Kurslar) kimi qəbul edilir. Bu portal açıq onlayn İT universitet kimi fəaliyyətə başlasa da, sonralar iqtisadiyyat, biznes və s. istiqamətləri də əhatə etdi.
Təhsildə, xüsusən ali təhsildə inkişaf öz-özünə baş vermir. İnkişaf xüsusi hazırlanmış, normal maliyyələşən, peşəkarlar tərəfindən icra və idarə edilən, layihələr hesabına mümkündür. İnkişafın yeganə yolu budur.
Təqdim etdiyimiz məqalə 2 ay əvvəl dərc edilib.
Şərh bölümündə bu problemə dair dərc etdiyimiz bəzi məqalələrin linklərini vermişik.

Dos. İlham Əhmədov

Demokratikmusavat.com 

0.29978799819946