Bakıda çılpaq gəzən şəxs tibb müəssisəsinə yerləşdiriləcək - Video

 

Bakının mərkəzi küçələrində - Dəniz vağzalının qarşısında və digər ərazilərdə çılpaq halda gəzən şəxsin görüntüləri yayılıb.

Demokratikmusavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, heç bir geyimdən istifadə etmədən ictimai yerdə dolaşan şəxs insanlarda narahatlıq yaradıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, görüntülərdəki şəxsin 1990-cı il təvəllüdlü V.Ş olması məlum olub.

Qeyd edilib ki, həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.

0.074037075042725