Fermerlər deyir ki, başçı fermerlərdən "hesab" istəyir
Beyləqandan ilginc xəbər almışıq. İcra başçısı fermerlərin sahəsinə gedən suyu kəsdirib. Bunu redaksiyaya zəng edən fermerlər deyib.
Beyləqan rayonuna təzə icra başçısı təyin olunan Əziz Əzizovun qısa müddətdə etdiyi qanunsuz hərəkətlərdən rayon əhalisi çox narazılıq edirlər.
Məmurlar deyir ki, rayonun sabiq icra başçısı 5 il 8 ay işləyən Asif Ağayevin korrupsiya ittihamı ilə vəzifədən azad olunması Əziz Əzizov üçün əla fürsət yaradıb. O, bu fürsətdən istədiyi kimi, çox məharətlə istifadə edir,
Məsələn, Beyləqan camaat deyir ki, icra başçısı rayonda olan ərazi nümayəndələri və bələdiyyə sədrlərinin hər birindən min manat pul alıb, RİH-in binasını bazarın sahibinə və adı korrupsiyada çəkilən bir neçə məmurun hesabına təmir etdirib, bir neçə idarə müdirini və aparat işçisini işdən çıxarmaqla hədələyib və nəhayət, beyləqanlı fermerlərin sahələrinə gedən suyu kəsdirib.
Fermerlərin dediyinə görə, indi də onlara məxsus olan sahələri suvarmaq üçün su arxlarını icra başçısı kəsərək, onları özündən asılı vəziyyətə salır. Əziz Əzizov fermerləri bu yolla zorla görüşə dəvət edit ki, "Mənlə hesablaşmaq lazımdır".
Murtuza