Böyük düşüncənin sehri və kiçilən miqyas 

 

Bir neçə il bundan qabaq sosial şəbəkədə Daron Acemoğlunun yazdığı kitabların fundamental təsirləri haqqında interpretasiyalar yazmışdım. Bir neçə nəfərin şərhində vurğu saldıqları ortaq məqam bu idi: “Bəs, Daron Acemoğlu erməni əsillidir, İstanbul doğumlu ermənidir və s.”

Daron Acemoğlu Türkiyədə Qalatasaray liseyini bitirdikdən sonra ali təhsilini İngiltərə və ABŞ-la bağlı olmuşdur. Universitet təhsilini Londonda başa vuran Acemoğlu 1993-cü ildən ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda (MIT) akademik fəaliyyətə başlayıb.
Biz dünya miqyaslı bir iqtisadçının elmi araşdırmalarını, akademik kimliyini bir tərəfə qoyub, onun milli kimliyi üzərində uzağagedən mülahizələr formalaşdırsaq, bu bizim elm adamlarımızın Nobelə gedən yollarını açacaqmı?

Ritorik bir sual ətrafında düşüən... Ermənilər, bilirsiniz, niyə zəlil olmuş, kiçilmiş və uğursuz millətdir? Çünki, uzun illər zəhərlənmiş ideoloji qəliblərindən çıxa bilməyiblər. Siyasi qərəzləri, küfrləri və yersiz hikkələri ilə reallıq hisslərini itiriblər. Onlar qeyri-səlis məntiqin yaradıcı Lütfüzadəni azərbaycanlı olmadığını dünyanın elm ictimaiyyəti qarşısında inkarçı mövqeyində dursalar, heç nə dəyişəcək. Dolmanı öz yeməkləri saymaqla da dünya dağılmayacaq.
Azərbaycan musiqisini öz adlarına çıxıb ifa etməkdən zövq alsalar da, bizim musiqimiz tükənməyəcək.

Amma bu inkarçı xəstəlik onları bir millət olaraq dünyaya mənəvi-intelektual nemər istehsal edicisi siyahısına sala bilmir. Çünki rasional mühakimə qabiliyyətlərini itiriblər.
Biz azərbaycanlılar da onlar kimi düşünməliyikmi?
Bizim dünya millətləri içərisində örnək ola biləcək obrazlarımız yoxdurmu?
“Sinifdəqalanlar” qrupunda oxumağın hansı avantajları var?
Biz ermənilərin imitasiyiyası aurasına bürünsək, necə görünərik, gələcəyimiz necə olar?

Çox pis! Kiçilərik, qaraguruh toplum təsiri bağışlayırıq. İnkarçı cəmiyyət, tərs insanların yığnağı obrazında görünərik. Əslində ədəbiyyat üzrə Orhan Pamukun, kimya üzrə Aziz Sancarın və iqtisadiyyat üzrə Daron Acemoğlunun Nobel mükafatına layiq görülməsi mühüm hadisədir. Daron Acemoğlunun bu mükafata layiq görülməsi Türkiyədə doğulan 3-cü Nobel mükafatçısının olması özü nəyisə ifadə edir. Biz Türkiyə adına olan istənilən uğura sevinməliyik.

Biz ermənipərəst xora qoşulmaqla dini, dili, milli sepratizmi təşviq etsək, bizim fərqimiz nə qədər kiçilər sualına soyuqqanlı cavab tapaq. Biz özümüz olmalıyıq. Heç bir millət bizi onunla yarışmağa və onun kimi olmağa vadar edə bilməməlidir.

Daron Acemoğlunu erməni, Əziz Sancarı kürd, Orhan Pamuku çerkez kimi təsnifatlaşdırsaq, bu orta əsr təfəkkürü olmazmı? “Türkün türkdən başqa dostu yoxdur” şerinə mahnı bəstələsək, xoşunuza gələrmi?

"Bizimki deyil, bəyənmirik" totalitarizm xoru ilə bir dövlət çətiri altında hansı sevgili millət yarada bilərik sualı haqqında düşünək. Çünki elmin millətinin müəllifi olmadığı bir müstəvidə kiçik miqyaslı düşüncəyə yer olmur. Elm düşüncə əhatəsi geniş olanların mövcudluq yeridir.

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri

Demokratikmusavat.com 

 

0.18177914619446