Bir Afrika atalar sözündə deyilir: “Ağac əkiləcək ən münasib zaman 20 il öncə idi. İkinci ən münasib zamansa bu gün”
Dövlətlərin borclanması trendi son illərdə xüsusilə artıb. Bunun əsas katalizatoru 2020-ci ildə düntada baş verən koronovirus pandemiyası oldu. Dünya miqyasında dövlətlərin borclanması daha geniş vüsət almaqdadır. BMT-nin Sənədin də qeyd edilir:
“Qlobal miqyasda dövlətlərin borcu 2010-cu ildən bəri təxminən iki dəfə artaraq 2023-cü ildə 97 trilyon dollarlıq tarixi rekord səviyyəyə çatıb. Artan faiz dərəcələri xüsusilə inkişaf etməkdə olan ölkələrdə hökumət büdcələri üzərində təzyiqi daha da artırır. Bu gün 3,3 milyarddan çox insan borc faizlərinin ödənilməsinə təhsildən və ya səhiyyədən daha çox pul xərcləyən ölkələrdə yaşayır."
Azərbaycan da dünyada borclanma trendindən geri qalmır.
Ölkəmiz də neft hasilatının azalmasına baxmayaraq dünyada neft qiymətlərinin yüksək səviyyədə tərəddüd etməsi səbəbinfən neft gəlirlərindən hökumətimiz hələ də maksimum səviyyədə faydalanır.
Bu tilsimin qırılmamasına rəğmən isə dövlət borclamalarımız artır. Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu 2024-cü ilin 6 aylıq göstəricilərinə əsasən 25 milyard manat təşkil etmişdir ki, bu da ÜDM-ə nisbəti 21 faizi səviyyəsində olduğunu deməyə imkan verir.
Hökumətin başqa bir Sənədində qeyd edilir ki, 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 30 milyard manat səviyyəsinədək və ya ÜDM-in 23,0 faizinə çatacağı proqnozlaşdırılır.
Həmin dövrdə xarici dövlət borcunun 9,0 milyard manat və ya ÜDM-in 7,0 faizi həcmində, daxili dövlət borcunun isə 21,0 milyard manat və ya ÜDM-in 16,0 faizi həcmində olacağı gözlənilir.
Nəzərə almaq lazımdır ki, borcu doğran təkcə ehtiyac deyil, həm də daha çox xərcləmək istəyidir. Resurs hər zaman çatmır. Nə qədər xərcləmək istəsəniz, o qədər də xərcləməyə yer tapacaqsız.
Azərbaycan hökuməti daha çox xərcləməyə meyllidir. Həm neft-qaz gəlirlərinin toplandığı NF-nun aktivlərini, həm NF-nun dövlət büdcəsinə etdiyi transfertlərin vasitəsilə, həm də borclanmalar hesabına xərcləməyə xeyli meyl göstərir.
Düşünmək lazımdır...
(ardı var)
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Demokratikmusavat.com