"Azərbaycan universitetlərində mühəndislik sahəsində kifayət qədər həm kosmosa yaxından uzaq olan ixtisaslar var. İndiki mərhələdə Azərbaycan universitetlərindən gənclərin səviyyəsi əslində, bizi qane edir".
Demokratikmusavat.com xəbər verir ki, bunu Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov Təhsilin İnkişafı Forumunda çıxışə zamanı deyib.
"Biz gənclərdən daha çox yaradıcı düşünmək və yaxud fərqli düşünmək bacarıqlarının olmağını istəyərdik.
Bizim də öz növbəmizdə dünyanın inkişaf etmiş ölkələrinin universitetləri ilə müəyyən qədər əməkdaşlıqlarımız var. Yaxın coğrafiyada yerləşən əsas da Birləşmiş Ərəb Əmirlikləri hansı ki kosmos sahəsində regionumuzun ən güclü dövlətlərindən biridir və onların kosmik texnologiyalar mərkəzi ilə artıq aktiv əməkdaşlığa başlamışıq. Hesab edirəm ki, Azərbaycan mühəndisləri, tədris, ixtisasartırma ilə biliklər əldə edəndən sonra daha yaradıcı düşünsə, yəqin edirəm ki, 2030-cu ildən sonra biz daha böyük kosmik missiyaları düşünüb reallaşdıra biləcəyik. Daha çox Aİ, Mask missiyalarını nəzərdə tuturam. Əminliklə deyirəm ki, Azərbaycan gəncinin buna gücü çatacaq", - deyə o əlavə edib.
Billurə Yunus